"Qarabağ" Adama Diakabinin ardınca qapıçısı Andrey Lunyovla yollarını ayırıb.
Klubdan İdman.bizə verilən xəbərə görə, 32 yaşlı rusiyalı qolkiperin müqaviləsi uzadılmayıb.
2023-cü ilin yayında "Qarabağ"a keçən Lunyov azad agent statusu ilə Ağdam klubunu tərk edib. O, bir il formasını geyindiyi klubda ölkə çempionu və kubokun qalibi olub.
Qeyd edək ki, Lunyov "Qarabağ"a "Bayer"dən keçib.
İdman.biz