"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Şimali Makedoniya "Şkendiya"sına qarşı keçirəcəyi cavab oyununa satılan biletlərin sayı açıqlanıb.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşə 14 500 bilet satılıb.
Avqustun 12-də keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Azarkeşlər biletləri iTicket.az-ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" oyunu saat 20:00-da start götürəcək.
İdman.biz