İspaniya təmsilçisi "Real"ın (Madrid) prezidenti Florentino Peres klubun keçmiş futbolçusu Luka Modriçlə görüşüb və ona gələcəkdə gənclərdən ibarət komandada baş məşqçi işləməyi təklif edib.
"Report" "Defensa Central"a istinadən xəbər verir ki, "Kral klubu"nun rəhbəri Modriçi yenidən öz aralarında görməkdən məmnun olacağını bildirib.
Qeyd edək ki, daha əvvəl "Real"da çıxış etmiş futbolçulardan Raul Qonsales, Quti, Zinəddin Zidan, Alvaro Arbeloa və əsas komandanın hazırkı baş məşqçisi Xabi Alonso da klubun gənclərdən ibarət komandasında işləyiblər.