top
Qarabağ - Sabah matçına tanış hakimlər təyin olunub: Briqada komandaların əvvəlki oyunlarında da çalışıb Idman.biz
18 aprel 2026, 11:22
- ↺ +

"Qarabağ" - "Sabah" matçına tanış hakimlər təyin olunub: Briqada komandaların əvvəlki oyunlarında da çalışıb

Azərbaycan Premyer Liqasının 28-ci turunun mərkəzi oyunu – aprelin 18-də, şənbə günü keçiriləcək "Qarabağ" – "Sabah" matçını cari mövsümdə komandaların əvvəlki qarşılaşmalarını idarə edən eyni hakimlər briqadası idarə edəcək.

İdman.Biz xəbər verir ki, qarşıdakı oyunun baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim İnqilab Məmmədov təyin olunub. VAR hakimi Tural Qurbanov, VAR köməkçisi isə Cəmil Quliyev olacaq.

Bu briqadanın təyinatı onunla diqqət çəkir ki, üzvləri cari mövsümdə komandaların üz-üzə oyunlarında artıq çalışıblar. Dekabrda keçirilmiş və təxirə salınmış I tur oyununda baş hakim Məsiyev, VAR hakimi isə Qurbanov idi. Martda baş tutan II dövrə görüşündə rollar dəyişmişdi: baş hakim Qurbanov, VAR hakimi isə Məsiyev olmuşdu. Həmin oyunlarda Abdullayev, Talıbov və Quliyev də iştirak ediblər.

Qeyd edək ki, cari mövsümdə komandaların əvvəlki iki qarşılaşmasında Qurban Qurbanovun kollektivi qələbə qazana bilməyib: dekabr oyununda Valdas Dambrauskasın komandası 2:1 hesabı ilə qalib gəlib, ikinci görüş isə 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Yeri gəlmişkən, aprelin 3-də keçirilmiş Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda da "Qarabağ" və "Sabah" matçında tanış simalar yer almışdı. Həmin görüşdə baş hakim Rauf Cabbarova Elşad Abdullayev, Pərvin Talıbov və İnqilab Məmmədov kömək edirdi. O oyunda da Ağdam təmsilçisi qələbə qazana bilməmişdi – 2:2.

2025/26 mövsümünün Premyer Liqasında "Qarabağ" və "Sabah"ın digər rəqiblərlə oyunlarına təyinatlara nəzər salsaq, hazırkı briqadadakı bəzi hakimlərin adlarının tez-tez təkrarlandığını görmək olar.

Bu komandaların çempionat oyunlarında ən çox təyinat alan hakim Tural Qurbanov olub – 12 dəfə. O, müxtəlif rollarda – baş hakim, VAR, AVAR və dördüncü hakim kimi çalışıb. Elşad Abdullayev isə bu cür oyunlara səkkiz dəfə təyin olunub.

Pərvin Talıbov və İnqilab Məmmədov "Qarabağ" və "Sabah"ın digər rəqiblərlə matçlarında dörd dəfə, Elçin Məsiyev üç dəfə, Cəmil Quliyev isə iki dəfə iştirak edib.

Əlavə edək ki, 28-ci tur ərəfəsində "Sabah" 66 xalla turnir cədvəlinə başçılıq edir. "Qarabağ" isə 10 xal geri qalaraq ikinci pillədə qərarlaşıb və bir oyunu ehtiyatda var. Ağdam klubunun bu gün qələbəsi çempionluq yarışında intriqanı qoruyacaq, "Sabah"ın uğuru isə faktiki olaraq 2025/26 mövsümünün çempionu ilə bağlı bütün suallara aydınlıq gətirəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Futbol
Bu gün, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Bu gün, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Bu gün, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Bu gün, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Bu gün, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Oxşar xəbərlər