top
Qarabağ - Sabah: hesab bərabərdir Sport24.az
03 aprel 2026, 21:06
- +

"Qarabağ" - "Sabah": hesab bərabərdir

Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyun gününə "Tofiq Bəhramov"da yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Qarabağ" "Sabah"ı qəbul edir.

 

Son altı qarşılaşmanın statistikası Masazır təmsilçisinin üstünlüyündən xəbər verir. "Bayquşlar" bu müddətdə Ağdam klubuna məğlub olmayıb.

 

"Qarabağ"ın bu rəqib üzərində son qələbəsi 2024-cü ilin sentyabrına təsadüf edir. Həmin vaxt "köhlən atlar" Misli Premyer Liqasının oyununda 3:1 hesabı ilə qalib gəlmişdi. Bundan sonra çempionat çərçivəsində keçirilən ardıcıl üç görüş eyni hesabla — 1:1 nəticələnib.

 

Qeyd edək ki, komandalar ötən mövsüm ölkə kubokunun finalında da üz-üzə gəlib. Həmin matçda "Sabah" əlavə vaxtda 3:2 hesablı qələbə ilə tarixində ilk dəfə kuboka sahib çıxmışdı. Cari mövsümdə isə tərəflər arasında baş tutan oyunlarda Masazır klubu bir dəfə qalib gəlib (2:1), digər qarşılaşma isə 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Bizon Azərbaycan Kuboku

Yarımfinal, ilk oyun

20:00. "Qarabağ" – "Sabah" 1:1 (İkinci hissə)

Qol: U. Raxmonaliyev, 23. ; Kadi Borqes, 29.

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.

VAR: Kamal Umudlu.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 

"Qarabağ": 99. Mateus Koxalski 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali

Baş məşqçi: Qurban Qurbanov

"Sabah": 92. Stas Pokatilov (k) 5. Rəhman Daşdəmirov 9. Xəyal Əliyev 21. Velko Simiç 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 7. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 2. Amin Seydiyev 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels 70. Cesse Sekidika 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos 83. Stefen Ende

Baş məşqçi: Valdas Dambrauskas

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:48

Kalvin Filips “Şeffild Yunayted”ə icarəyə gedib

Futbol
Bu gün, 21:15

Ayxan Abbaszadə „İmişli“yə keçib

Futbol
Bu gün, 21:00

İngiltərə çempionu "Lester Siti" futbol klubu satışa çıxarılıb

Cüdo
Bu gün, 20:57

Hidayət Heydərov və Nizami İmranov Olimpiya Təlim Düşərgəsində

Futbol
Bu gün, 20:44

Romelu Lukaku “Fənərbağça”ya transfer olunub

Futbol
Bu gün, 20:09

Xavi Niderland milli komandasına baş çavuş olaraq təyin oluna bilər

Güləş
Bu gün, 19:58

Dünya çempionatında iştirak edəcək yeniyetmə cüdoçularla görüş keçirilib

Futbol
Bu gün, 19:37

Depay “Korintians”dan ayrılıb, klubu cəzalandıracağına söz verib

Basketbol
Bu gün, 19:20

„Sabah“ klubuna yeni transfer

Futbol
Bu gün, 18:59

„Qalatasaray“ Transfer Qiymətini Öyrəndi

Futbol
Bu gün, 18:29

Konfrans Liqasında cavab oyunları

Digər
Bu gün, 18:27

Yeniyetmələr arası bədii üzgüçülük üzrə dünya çempionatı Budapeştdə start götürüb

Futbol
Bu gün, 18:14

"Dinamo" Kiyev "Qarabağ" matçından əvvəl Bakıda məşq keçirib

Futbol
Bu gün, 18:00

“Sumqayıt”ın stadion problemi həll olunur: “Qarabağ”la oyunadək hazır olacaqlar

Futbol
Bu gün, 17:58

Qalatasaray Arsenalın iki futbolçusu ilə maraqlanır

Qarabağ FK
Bu gün, 17:29

"Qarabağ"a qarşı gərgin matç gözləyir" - "Dinamo"nun baş məşqçisi

Futbol
Bu gün, 17:20

İnter İngiltərəli futbolçu üçün təklif göndərib

Futbol
Bu gün, 17:11

Şəfa" brazil hücumçu ilə müqavilə bağlayıb

Futbol
Bu gün, 17:07

Latsio "İnter"in yarımmüdafiəçisi ilə müqaviləyə çatıb

Cüdo
Bu gün, 16:18

Azərbaycan cüdoçuları Niderlandda Olimpiya Təlim Düşərgəsində

Futbol
Bu gün, 16:00

Coşqun Diniyevə “Qəbələ” və Türkiyə I Liqasından təklif var

Futbol
Bu gün, 15:40

Mançester Siti argentinalı qapıçı ilə müqavilə bağladı

Futbol
Bu gün, 15:18

Azərbaycanlı futbol məşqçiləri üçün UEFA B kateqoriyalı kurslar keçirilir

Futbol
Bu gün, 15:11

Futbolçu avtobusunda 86 kilo narkotik aşkarlanıb

Oxşar xəbərlər