Daha bir futbolçu "Qarabağ"ı tərk edir. Sport24.az-ın əldə etdiyi məlumata görə, ağdamlıların gürcü qolkiperi Luka Quqeşaşvili klubdan ayrılıb.
25 yaşlı "çərçivə qoruyucusu" rəhbərliklə görüşdə karyerasını Avropada davam etdirməyə qərar verdiyini söyləyib.
Qeyd edək ki, dünən "süvarilər"in əsas qapıçısı Andrey Lunyovun da 11 qat ölkə çempionu ilə yollarını ayırdığını xəbər vermişdik.