"Qarabağ" "Fənərbaxça"dan ayrılan Serbiya millisinin sabiq futbolçusu Duşan Tadiçə elçi düşüb.
İdman.biz xəbər verir ki, bu iddia ilə Niderland mətbuatı çıxış edib.
Bildirilib ki, Azərbaycan çempionu "Olimpiakos" (Yunanıstan) və "Ayaks"ın (Niderland) transfer siyahısında olan 36 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bununla bağlı Tadiçin meneceri ilə danışıq olduğu da vurğulanıb.
Qeyd edək ki, ulduz futbolçu 2023-25-ci illərdə İstanbul nəhəngində oynayıb və 73 matça 21 qol vurub.
İdman.biz