"Şamaxı" Misli Premyer Liqasının 15-ci turunda doğma meydanda "Zirə" 2:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Məqsədimiz hər qarşılaşmada xal qazanmaqdır. Ötən il qışadək iki dövrədə 17 xal toplamışdıq. Bu il isə artıq 20 xala çatmışıq, kubokda irəliləmişik. Möhkəmlənmiş heyətimiz var. Avrokuboka vəsiqə qazanmaq uğrunda oynamaq üçün geniş heyət və büdcə lazımdır", - deyə o bildirib.
Baş məşqçi sözügedən matçda azarkeşlərin onlara möhtəşəm dəstək verdiyini söyləyib:
"Fanatlara təşəkkür edirəm, möhtəşəm idilər. Komandamı, futbolçuları təbrik edirəm. Əlbəttə, rəqib güclüdür. Son illərə baxanda, stabil oynayan bir kollektivdir. Onlar da ağır qrafikdən çıxmışdılar. Hər iki komandanın epizodları oldu. Vacib qələbə qazandıq, davam etmək lazımdır. Futbolçulardan daha inamlı, istəkli olmalarını istəyirəm".