Misli Premyer Liqasının XV turunun ilk oyun gününə Tovuzda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Turan Tovuz" doğma meydanda "Sabah"ı qəbul edir.
Bu matçı həm də turun mərkəzi görüşü kimi də dəyərləndirmək olar. 13 oyundan (Birinci turda keçiriləməli olan "Sabah" - "Qarabağ" matçı təxirə salınıb) sonra aktivində 28 xal olan "bayquşlar" turnir cədvəlində ikinci, "boz qurdlar" isə 24 xalla beşinci yeri tutur. İlk dövrənin oyununda "Sabah" "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, turun digər görüşləri sabah və bazar ertəsi keçiriləcək.
Misli Premyer Liqası
II dövrə, XV tur
16:30. "Turan Tovuz" - "Sabah" 0:1 (Birinci hissə)
Qol: Coy Lens Mikels, 31
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz. Şəhər stadionu.
"Turan Tovuz": 1. Oleq Baklov, 10. Xəyal Nəcəfov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov
Baş məşqçi: Kurban Berdiyev
"Sabah": 92. Stas Pokatilov (k), 88. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 33. Umarali Raxmonaliyev, 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmiro, 6. Abdulax Xaybulaev, 89. Cəfər Muxtarov, 11. Kahim Parris, 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas