top
Rüstəm Əhmədzadə Sumqayıtın İmişli üzərində qələbəsi və qarşıdakı hədəfləri haqqında danışdı Idman.biz
13 dekabr 2025, 18:20
- ↺ +

Rüstəm Əhmədzadə "Sumqayıt"ın "İmişli" üzərində qələbəsi və qarşıdakı hədəfləri haqqında danışdı

" Açığı, mən kənarda durmuşdum. 3 sarı vərəqəm var və artıq 5 oyundur ehtiyatlı olmağa çalışıram".

Bunu "Sumqayıt"ın hücumçusu Rüstəm Əhmədzadə futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Misli Premyer Liqasının 14-cü turunda "İmişli"ni 1:0 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?

- Asan oyun olmayacağı gözlənilirdi. Çünki "İmişli" yaxşı komandadır. Xüsusən də əks-hücumlarda çox təhlükəli olurlar. Buna görə də matça çox ciddi hazırlaşmışdıq. Qol epizodları yaratmaq, fərqlənmək çətin idi. Lakin biz sona qədər inanırdıq. Yekunda da istəyimizə çatdıq və lazımi qolu vurduq.

- Matçdakı hesabı açsanız da, sonda komandanızın qapısına təyin olunan penaltiyə səbəbkar olmaqla bir anda antiqəhrəmana çevrilə bilərdiniz...

- Həqiqətən də çox emosional oyun oldu. Top istəmədən əlimə dəydi. Ümumi götürdükdə biz qələbəyə layiq idik. Bəlkə də buna görə bəxt bizim tərəfimizdə oldu.

- "İmişli" penaltini yerinə yetirərkən hansı hisslər keçirirdiniz?

- Çox narahat idim, çox həyəcanlanırdım. Bu matçda 3 xala ehtiyacımız var idi. Buna görə də zərbə anına heç baxa da bilmədim. Yaxşı ki, qol olmadı.

- İlk dövrədə də "İmişli" ilə matç dramatik alınmışdı. 0:1 hesabı ilə uduzsanız da, sonda texniki qələbə əldə etmişdiniz...

- Həmin görüşü yaxşı xatırlayıram. Çoxlu qol epizodu yaratsaq da, qalib gələ bilməmişdik. Sonra texniki qələbə əldə etdik. Bu, əlavə motivasiya idi. Çünki "İmişli"ni məğlub edib güclü olduğumuzu göstərmək istəyirdik. Lakin yenə də "İmişli"nin haqqını vermək lazımdır. Çox yaxşı komandadır. Heyətlərində də güclü futbolçuları var. Buna görə də çox gərgin oyun keçdi. Hətta yekunda dava da düşdü. Hər şey emosiyalarla bağıdır.

- Sizcə davaya səbəb nə idi?

- Açığı, mən kənarda durmuşdum. 3 sarı vərəqəm var və artıq 5 oyundur ehtiyatlı olmağa çalışıram. Qış fasiləsi ərəfəsində cəzalı duruma düşmək istəmirəm. Buna görə də dava olan tərəfə heç getmədim ki, birdən sarı vərəqə ilə cəzalanaram.

- Baş məşqçi Saşa İliç 4 oyunluq cəzalanıb. Onun ehtiyat oyunçular skamyasında olmaması siz futbolçulara nə dərəcədə təsir göstərir?

- Ciddi bir problem deyil. Tribunadan baş məşqçimizin tapşırıqlarını, göstərişlərini eşidirdim. Paltardəyişmə otağında da biryerdəyik.

- Son 5 oyunda 4 qələbə qazanmısınız. "Sumqayıt" bu formanı qış fasiləsinə qədər qoruya biləcək?

- Bəli, məqsədimiz budur. Qış fasiləsinə 2 tur qalıb. Hədəfimiz son iki matçda altı xal qazanmaqdır.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:48

Arturo Vidal “Juventus”a məşqçi kimi qayıdacağını açıqladı

Futbol
Bu gün, 01:48

“Çelsi”də futbolçunun zədəsi barədə məlumat sızması müzakirə edilir

Futbol
Bu gün, 01:25

Leonel Xayme rəqibinə kömək edərək ağladı, komanda yoldaşları və azarkeşlər tərəfindən tənqid edildi

Futbol
Bu gün, 01:04

Roma yıldızının yaralanmasından müsbət xəbər

Futbol
Bu gün, 00:49

Real Madrid və Barselona futbolçuları üçün El-Klasiko xüsusi butslar hazırlanıb

Digər
Bu gün, 00:32

Baku Flames Batumi'de Batumi Sharks'a 13-4 üstünlük qazandı

Futbol
Bu gün, 00:18

Fiorentina müdafiəçisi Dodo-nun gələcək transferi barədə açıqlama

Qarabağ FK
Bu gün, 00:05

Canni İnfantino və Arsenal məşqçisi Arsen Venger ‘Sabah – Qarabağ’ matçı izləyiblər

Futbol
Dünən, 23:52

“Qalatasaray”ın yeni transferləri “Fənərbağça” derbisində debutə hazırlaşır

Qarabağ FK
Dünən, 23:30

"Qarabağ" Sabaha qonaq gələrək çempionu müəyyən edəcək: Həsi Fotolar

Futbol
Dünən, 23:30

Real Madrid TV “El-klasiko” öncəsi La Liqa hakimlərini təəssübkeşliklə ittiham edib

Tennis
Dünən, 23:24

Çində Ninqbo WTA 500-də Yelena Rıbakina Şampiyonluğunu Qoruyub

Güləş
Dünən, 23:05

Eldəniz Əzizli: Beşinci Dünya Çempionu Olarkən Himni Səslənəndə Gözümdən Yağış Çəkdi

Futbol
Dünən, 23:05

Qari Nevill Manchester United-un uğursuz performansına tənqid etdi

Futbol
Dünən, 22:51

Qavi: Mourinyo və Flikin oyun yanaşmalarını bəyəndiyini açıqladı

Qarabağ FK
Dünən, 22:50

Qurban Qurbanov: “Maraqlı oyun, temp sonadək yüksək səviyyədə idi”

Futbol
Dünən, 22:28

Renat Dadaşovun komandası 0-0 ilə başa çatdı

Futbol
Dünən, 22:13

Toral Bayramovun Bursaspor komandası 4:2 qalib gəldi

Futbol
Dünən, 21:59

İmişli, Şamaxını 2:1 hesabına məğlub etdi - Video icmalı

Qarabağ FK
Dünən, 21:59

Kadi Borges: “Sabah” komandası son bir ildə gördüyüm ən yaxşı komandalar arasındadır

Güləş
Dünən, 21:35

Sənan Süleymanov 15 illik gözləntini bitirdi: Azərbaycan olimpiya çəkisində qızıl medal qazanır

Futbol
Dünən, 21:10

Azər Bağırov: "İmişli"yə məğlubiyyətdə penalti qərarı təssüf doğurduq, amma dərin təhlil etməkdən çəkinirik

Qarabağ FK
Dünən, 21:01

Dambrauskas: Çempionluq mübarizəsi ötən mövsümdən daha ağır olacaq

Qarabağ FK
Dünən, 20:59

Dambrauskas: 0:0 nəticəni ədalətli hesab edir, futbolçuları Avropa transferlərinə sevinclidir

Oxşar xəbərlər