top
Qarabağ Ayaksın total futboluna tab gətirə bilmədi – İDMAN.BİZ-in TƏHLİLİ Idman.biz
11 dekabr 2025, 09:33
- ↺ +

"Qarabağ" "Ayaks"ın total futboluna tab gətirə bilmədi – İDMAN.BİZ-in TƏHLİLİ

"Qarabağ" Çempionlar Liqasındakı ən vacib ev tapşırığını yerinə yetirə bilmədi. Əsas mərhələnin altıncı turunda "Ayaks"a 2:4 hesabı ilə məğlubiyyət komandanın pley-offa yüksəlmək perspektivlərinə böyük sual işarəsi qoydu. Üstəlik, meydan sahiblərinin oyunu əvvəlki avrokubok matçları ilə müqayisədə zəif təəssürat yaratdı.

İdman.Biz-in məlumatına görə, görüşdən əvvəl Amsterdam təmsilçisinin böhran keçirdiyi barədə çox danışılır, mövsüm ərzində göstərilən nəticələr nümunə gətirilirdi. Amma hansı böyük klub çətin dövrlər yaşamayıb ki? Rəqibin oyunu bunun əksini göstərdi və Yohann Kroyffun böyük irsi heç vaxt izsiz yoxa çıxa bilməz. "Ayaks" total futbol fəlsəfəsini təbliğ edən komandadır, bu isə onun əsas üstünlüyünün hücum demək olduğu anlamına gəlir. Klub onilliklərdir ki, Çempionlar Liqasında çıxış edir, Akademiyasının yetirmələri isə hər zaman yüksək səviyyəli klubların diqqət mərkəzində olur. Bu səbəbdən "Qarabağ"ın cütün favoriti olması barədə danışmaq, yumşaq desək, bir qədər tələsik fikir idi.

Bəli, cari turnirin gedişatı və turnir cədvəlindəki mövqe baxımından Azərbaycan çempionu daha əlverişli durumda idi. "Benfika" və "Kopenhagen" üzərində qələbələr, "Çelsi" ilə heç-heçə təbii olaraq ağdamlılarda misilsiz optimizm və böyük inam yaratmışdı. Lakin "Ayaks"la oyun komandanın Avropa standartına uyğun oyun modelinin optimallaşdırılması üzərində hələ çox işləməli olduğunu göstərdi.

Ötən il hər iki klub Avropa Liqasında qarşılaşmışdı və həmin vaxt hollandlar Bakıda 3:0 hesabı ilə qalib gəlmişdi. Bu dəfə isə daha çox – dörd qol vurdular. Halbuki "Qarabağ" oyunda iki dəfə hesabda irəli çıxmışdı. "Ayaks" isə sanki məşhur Braziliya prinsipini əsas götürmüşdü: "Siz bizə bacardığınız qədər, biz isə istədiyimiz qədər qol vuracağıq". Nəticədə qonaqların üç qolu çox qısa bir müddətə - 79-cu dəqiqədən 90-cı dəqiqəyədək vuruldu və Oskar Qlux dubl etdi. "Qarabağ"ın hücumlarının səmərəliliyi isə xüsusilə Nəriman Axundzadə və Aleksey Kaşuk meydana çıxdıqdan sonra arzuolunan səviyyədə olmadı."Ayaks" öz üslubunda oynadı, "Qarabağ" isə əvvəlki avrokubok matçlarından fərqli olaraq taktiki çevikliyi nümayiş etdirə bilmədi. Və görünür ki, ayrı-ayrı oyunlardakı uğurlara baxmayaraq, komanda hələ Çempionlar Liqasının pley-off mərhələsində oynayacaq yetkinliyə çatmayıb. Bu isə o deməkdir ki, daha real hədəflərə fokuslanmaq lazımdır - Avropanın ən nüfuzlu klub turnirində oyundan həzz almağa.

Bakıda məğlubiyyətdən sonra Qurban Qurbanovun komandası yeddi xalla 22-ci pilləyə düşdü. Halbuki növbəti mərhələyə 24 ən yaxşı komanda keçir. Azərbaycan çempionu növbəti oyunlarını gələn il keçirəcək - yanvarın 22-də "Ayntraxt"ı qəbul edəcək, yanvarın 29-da isə "Enfild"də "Liverpul"la qarşılaşacaq.

Zəki Feyzullayev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:40

"Argentinalı yarımmüdafiəçi Nikolas Pas hələ Reala qayıtmaq istəmir"

Futbol
Bu gün, 01:35

Simeone Atletico Madridin 3:2 qalibiyyətini şərh etdi

Futbol
Bu gün, 01:30

Manchester United 40 qol buraxdı, Avropanın beş aparıcı liqasında ən çox qol buraxan komanda

Şahmat
Bu gün, 00:58

Dommaracu Qukeş və Sindarovun dördüncü matçı heç-heçə ilə tamamlandı

Qarabağ FK
Bu gün, 00:40

"Şamaxı" – "Qəbələ" və "Qarabağ" – "Sumqayıt": Misli Premyer Liqasının XIII turunun son matçları

Futbol
Bu gün, 00:39

Makkartiyə Cənubi Afrika dəstəyi – "Sabah" futbolçularının qonaqları

Futbol
Bu gün, 00:31

Karlo Ançelotti "Milan" üçün əbədiləşəcək

Futbol
Bu gün, 00:20

"İbrahim Maza Bayern-in transfer siyahısında yeganə oyunçu deyil"

Futbol
Bu gün, 00:20

Luka Dancelo: Mezzotero çox yetkin futbolçudur

Futbol
Bu gün, 00:10

Mançester Yunayted 65 il ərzində ilk dəfə ardıcıllıqla üç oyununda dörd qol verdi

Futbol
Bu gün, 00:10

"Çelsi" Malo Qustonun yanvarda komandanı tərk etməsinə mane olmayacaq

Futbol
Bu gün, 00:00

"Brentford" 89 il sonra "Mançester Yunayted"i Old Trafford-da məğlub etdi

Futbol
Dünən, 23:55

"Bayern" "Hamburq"la 0:0 heç-heçəyə imza atdı

Futbol
Dünən, 23:53

"İnter" Bastoninin qış transferini istəmir – Klub müdafiəçini satmaq amacında deyil

Futbol
Dünən, 23:49

"FIFA sülh mükafatının ləğvi müzakirə olunur"

Futbol
Dünən, 23:48

Abdallah Sima 12 ildən sonra Fransa çempionatında bir oyunda beş qol vurdu

Futbol
Dünən, 23:40

Dambrauskas: Azərbaycanda qlobal problemlərdən biri stadionlarda azarkeşlərin çatışmazlığıdır

Futbol
Dünən, 23:40

Karvan‑Yevlaxın çempionluq şansı yüksəkdir

Formula 1
Dünən, 23:33

«Corc Rassell Qətər Qran-prisinin sıralanma turunda birinci oldu»

Qarabağ FK
Dünən, 23:20

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Polissya klubunda ilk mövsümdə 1,1 milyon dollar qazanacaq

Futbol
Dünən, 23:10

Latsio A Seriyasında 13 Oyundan Məğlubedilməz Çıxır, Liderliyi Qoruyur

Qarabağ FK
Dünən, 23:07

"Sabah"ın baş məşqçisi Premyer Liqadakı hakimliyə görə "Çempionlar Liqası" ilə bərabər tutmayacağını bildirib

Futbol
Dünən, 23:00

Abdullah Sima "Anje" qarşısında 38 dəqiqəyə penta-trik edib

Futbol
Dünən, 22:56

Dambrauskas «Sabah»ın «Araz‑Naxçıvan»a qalibiyyətini və stadionlardakı boşluqları şərh edib

Oxşar xəbərlər