top
“Qalatasaray”ın yeni transferləri “Fənərbağça” derbisində debutə hazırlaşır Idman.biz
Dünən, 23:52
- ↺ +

“Qalatasaray”ın yeni transferləri “Fənərbağça” derbisində debutə hazırlaşır

Türkiyənin "Qalatasaray" futbol komandası Super Liqanın doqquzuncu turunda "Fənərbağça" ilə keçirəcəyi derbiyə hazırlaşır.

İdman.Biz xəbər verir ki, oktyabrın 26-da "RAMS Park" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Səkkiz oyunda altı qələbə, bir heç-heçə və bir məğlubiyyətlə 19 xal toplayan "Qalatasaray" bir oyun az keçirməklə turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda derbidən qalib ayrılaraq həm çempionluq yarışında xal itirməmək, həm də rəqibi ilə xal fərqini artırmaq niyyətindədir.

"Qalatasaray" Türkiyə Superliqasında doğma meydanda keçirdiyi son 39 qarşılaşmada məğlub olmayıb.

İstanbul təmsilçisi sonuncu dəfə 2023/2024 mövsümünün 37-ci turunda məhz "Fənərbağça"ya 0:1 hesabı ilə uduzub. Bundan sonra komanda evdə 31 qələbə qazanıb, səkkiz görüşü isə heç-heçə başa vurub.

Cari mövsümdə "RAMS Park"da keçirilən dörd çempionat matçının üçündə meydan sahibləri qalib gəlib, birində isə heç-heçə qeydə alınıb.

"Qalatasaray"ın nigeriyalı hücumçusu Viktor Osimhen indiyədək "Fənərbağça"ya qarşı beş görüşdə iştirak edib. Bunlardan dördü çempionatda, biri isə kubok yarışında keçirilib.

27 yaşlı futbolçunun meydana çıxdığı derbilərdə "Qalatasaray" məğlubiyyətlə üzləşməyib. Komanda üç qələbə qazanıb, iki dəfə isə heç-heçə edib.

Osimhen bu qarşılaşmalarda üç qol vurub və bir məhsuldar ötürmə verib.

"Qalatasaray"ın yeni transferləri "Fənərbağça" ilə qarşılaşmada ilk derbi təcrübələrini yaşaya bilərlər.

Rafael Leao, Aleksey Batrakov, Deniz Gül, Lesli Uqoçukvu və Bitşiabu baş məşqçinin şans verəcəyi təqdirdə ilk dəfə bu prinsipial rəqabətdə meydana çıxacaqlar.

Komandanın heyətində "Fənərbağça" derbilərində ən çox iştirak edən futbolçular Lukas Torreyra və Barış Alper Yılmazdır. Hər iki oyunçu rəqibə qarşı 11 dəfə çıxış edib.

Bu görüşlərdə Torreyra iki, Barış Alper isə bir qol vurub. Abdulkerim Bardakcı 10, Yunus Akgün və Kaan Ayhan isə hərəyə səkkiz derbidə iştirak ediblər.

Bundan əlavə, Lukas Torreyra və Lesli Uqoçukvunun qırmızı vərəqə səbəbindən aldıqları cəzalar başa çatıb. Hər iki futbolçu məşqçilər korpusunun qərarından asılı olaraq derbidə oynaya bilər.

"Qalatasaray" cari mövsümdə Türkiyə Superliqasında keçirdiyi səkkiz oyunda 17 qol vurub, qapısında isə 11 top görüb.

İstanbul təmsilçisi bu qarşılaşmaların beşində qapısını toxunulmaz saxlaya bilməyib. Müdafiədəki problemlər "Fənərbağça" ilə prinsipial görüş ərəfəsində komandanın əsas narahatlıqlarından biri olaraq qalır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:04

Roma yıldızının yaralanmasından müsbət xəbər

Futbol
Bu gün, 00:49

Real Madrid və Barselona futbolçuları üçün El-Klasiko xüsusi butslar hazırlanıb

Digər
Bu gün, 00:32

Baku Flames Batumi'de Batumi Sharks'a 13-4 üstünlük qazandı

Futbol
Bu gün, 00:18

Fiorentina müdafiəçisi Dodo-nun gələcək transferi barədə açıqlama

Qarabağ FK
Bu gün, 00:05

Canni İnfantino və Arsenal məşqçisi Arsen Venger ‘Sabah – Qarabağ’ matçı izləyiblər

Qarabağ FK
Dünən, 23:30

"Qarabağ" Sabaha qonaq gələrək çempionu müəyyən edəcək: Həsi Fotolar

Futbol
Dünən, 23:30

Real Madrid TV “El-klasiko” öncəsi La Liqa hakimlərini təəssübkeşliklə ittiham edib

Tennis
Dünən, 23:24

Çində Ninqbo WTA 500-də Yelena Rıbakina Şampiyonluğunu Qoruyub

Güləş
Dünən, 23:05

Eldəniz Əzizli: Beşinci Dünya Çempionu Olarkən Himni Səslənəndə Gözümdən Yağış Çəkdi

Futbol
Dünən, 23:05

Qari Nevill Manchester United-un uğursuz performansına tənqid etdi

Futbol
Dünən, 22:51

Qavi: Mourinyo və Flikin oyun yanaşmalarını bəyəndiyini açıqladı

Qarabağ FK
Dünən, 22:50

Qurban Qurbanov: “Maraqlı oyun, temp sonadək yüksək səviyyədə idi”

Futbol
Dünən, 22:28

Renat Dadaşovun komandası 0-0 ilə başa çatdı

Futbol
Dünən, 22:13

Toral Bayramovun Bursaspor komandası 4:2 qalib gəldi

Futbol
Dünən, 21:59

İmişli, Şamaxını 2:1 hesabına məğlub etdi - Video icmalı

Qarabağ FK
Dünən, 21:59

Kadi Borges: “Sabah” komandası son bir ildə gördüyüm ən yaxşı komandalar arasındadır

Güləş
Dünən, 21:35

Sənan Süleymanov 15 illik gözləntini bitirdi: Azərbaycan olimpiya çəkisində qızıl medal qazanır

Futbol
Dünən, 21:10

Azər Bağırov: "İmişli"yə məğlubiyyətdə penalti qərarı təssüf doğurduq, amma dərin təhlil etməkdən çəkinirik

Qarabağ FK
Dünən, 21:01

Dambrauskas: Çempionluq mübarizəsi ötən mövsümdən daha ağır olacaq

Qarabağ FK
Dünən, 20:59

Dambrauskas: 0:0 nəticəni ədalətli hesab edir, futbolçuları Avropa transferlərinə sevinclidir

Cüdo
Dünən, 20:55

Gənc cüdoçularımız Düşəbədə keçirilən Qran-pri turnirində 5 medal qazandı

Qarabağ FK
Dünən, 20:48

Qurbanov: “Texniki səhvlərimiz çox, fiziki hazırlığı artırmalıyıq”

Futbol
Dünən, 20:41

FIFA U-15 Dünya Çempionatında Azərbaycan millisi Avstraliyaya 1:3 hesabı ilə məğlub oldu

Oxşar xəbərlər