Türkiyənin "Qalatasaray" futbol klubu bəzi sosial media istifadəçiləri barədə hüquq-mühafizə orqanlarına şikayət etdiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin yaydığı bəyanatda deyilir.
"Qalatasaray" İdman Klubu olaraq, klubumuzu, rəhbərliyimizi, idmançılarımızı və milyonlarla azarkeşimizi hədəf alan, nifrət nitqi ehtiva edən və ictimai asayişi poza biləcək xarakter daşıdığı qiymətləndirilən açıqlama və paylaşımlarla bağlı hüquqi hüquqlarımızdan qətiyyətlə istifadə etməyə davam edirik" – deyə müraciətin mətnində yazılıb.
Bəyanatın sonunda qeyd olunub ki, "Qalatasaray" İdman Klubu korporativ nüfuzunu, üzvlərini və azarkeşlərini hədəf alan qanunsuz əməllərə qarşı bundan sonra da hüquq dövləti prinsipləri çərçivəsində bütün zəruri hüquqi prosedurları qətiyyətlə davam etdirəcək.