Türkiyənin "Qalatasaray" klubu rusiyalı yarımmüdafiəçi Aleksey Batrakov üçün "Lokomotiv Moskva"ya təklifini artırıb.
İdman.Biz-in "Fanatik"ə istinadən məlumatına görə, İstanbul klubu qiyməti 20 milyon avrodan 25 milyon avroya qaldırıb. Futbolçunun agentlərinin 3 milyon avrodan çox komissiya təklif etməyi planlaşdırmadığı bildirilir.
Mənbənin məlumatına görə, Batrakov "Milan"ın hücumçusu Rafael Leao ilə birlikdə "Qalatasaray"ın yay transfer pəncərəsindəki əsas transfer hədəflərindən biridir.
Daha əvvəl Fransanın PSJ klubunun yarımmüdafiəçi ilə maraqlandığı bildirilirdi. "Qalatasaray"ın gənclər sisteminin yetirməsi olan Batrakov əsas komandada 81 oyun keçirib, 33 qol vurub və 23 məhsuldar ötürmə edib.