"Qalatasaray"ın növbəti transfer hədəfi bəlli olub. Sport24.az xəbər verir ki, Türkiyə çempionu "Neymegen"in formasını geyinən Kodai Sano ilə maraqlanır.
İstanbul nəhənginin 22 yaşlı yarımmüdafiəçini mövsüm başa çatdıqdan sonra transfer etməyi planlaşdırdığı iddia olunur.
Yaponiya millisinin də üzvü olan Sanonun "Neymegen"lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
O, bundan əvvəl "Yonaqo Kita" və "Fagiano Okayama"(hər ikisi Yaponiya) klublarında oynayıb.