Fransanın PSJ klubu 2026/2027 mövsümü üçün nəzərdə tutulan üçüncü forma dəstini noyabrın 25-də təqdim edə bilər.
İdman.Biz "La Source"a istinadən xəbər verir ki, Paris təmsilçisi yeni formadan ilk dəfə UEFA Çempionlar Liqasında "Roma" ilə qarşılaşmada istifadə etməyi planlaşdırır.
Məlumata görə, yeni forma dəstinin rəsmi təqdimatı da həmin tarixə nəzərdə tutulub.
Hələlik klub yeni formanın dizaynı və təqdimat tarixi ilə bağlı rəsmi açıqlama yaymayıb.
