Müdafiəçi Prins Sisse "Liverpul"la ilk peşəkar müqaviləsini imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
17 yaşlı mərkəz müdafiəçisi "Liverpul"un U-19 komandasında oynayıb. 23 oyunda meydana çıxan gənc oyunçu bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin "qırmızılar"ın U-21 komandasında dörd oyun keçirib.
qeyd edək ki, Prins Sisse "Liverpul"un keçmiş oyunçusu Cibril Sissenin oğludur. Gənc istedad həmçinin ötən ilin oktyabr ayında debüt etdiyi Uelsin U-19 komandasında iki oyun keçirib.