top
Premyer Liqa: Manchester United evində 0:3 məğlub oldu, Liverpool isə 2:0 qalib gəldi Idman.biz
Bu gün, 20:02
- ↺ +

Premyer Liqa: Manchester United evində 0:3 məğlub oldu, Liverpool isə 2:0 qalib gəldi

İngiltərə Premyer Liqasının səkkizinci turunda "Mançester Yunayted" doğma meydanda "Bornmut"a 0:3 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, Mançesterdəki "Old Trafford" stadionunda keçirilən qarşılaşmanı 76 212 tamaşaçı izləyib. Görüşün baş hakimi Carred Cillett olub.

Qonaqlar 38-ci dəqiqədə hesabı açıblar. Castin Klyuvertin ötürməsindən sonra braziliyalı Rayan fərqlənib. Cəmi beş dəqiqə sonra Markus Tavernye Adrien Trüfferin məhsuldar ötürməsini qola çevirərək "Bornmut"un üstünlüyünü artırıb.

Fasilədən sonra da meydan sahibləri hesab arasındakı fərqi azalda bilməyiblər. Əksinə, 71-ci dəqiqədə Luis Kukun ötürməsindən sonra Evanilson üçüncü qolu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib - 0:3.

Beləliklə, "Mançester Yunayted"in uğursuz çıxışı davam edib. Maykl Karrikin rəhbərlik etdiyi komanda Premyer Liqada keçirdiyi səkkiz oyunda cəmi bir qələbə qazanıb.

Bu nəticədən sonra "Mançester Yunayted" yeddi xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. "Bornmut" isə xalını doqquza çatdıraraq 13-cü yerə yüksəlib.

Qeyd edək ki, "Bornmut" 2023-cü və 2024-cü illərdə də "Old Trafford"da "Mançester Yunayted"i eyni hesabla - 3:0 məğlub edib.

Paralel keçirilən digər matçda "Liverpul" öz meydanında "Brayton"u 2:0 hesabı ilə məğlub edib. Mersisaydlılar 17-ci dəqiqədə Paskal Qrossun avtoqolu ilə önə keçiblər. Dörd dəqiqə sonra Aleksander İsak fərqi artırıb.

Bu qələbədən sonra "Liverpul" 15 xalla dördüncü pilləyə yüksəlib. "Brayton" isə 16 xalla üçüncü yerdə qərarlaşıb.

Londonda keçirilən "Kristal Palas" - "Nyukasl" qarşılaşması da qonaqların qələbəsi ilə yekunlaşıb - 0:2.

İlk hissədə üstünlük meydan sahiblərinin tərəfində olsa da, hesab fasilədən sonra açılıb. 46-cı dəqiqədə Uilyam Osula fərqlənib. Daha sonra Co Uillokun qolu ofsayd səbəbindən qeydə alınmayıb. 58-ci dəqiqədə Harvi Barns ikinci qolu vuraraq yekun nəticəni müəyyənləşdirib.

Ardıcıl iki məğlubiyyətdən sonra qalib gələn "Nyukasl" 11 xalla yeddinci pilləyə yüksəlib. "Kristal Palas" isə yeddi xalla 17-ci yerdədir.

Günün digər oyununda "Hall Siti" "Brentford"la xalları bölüşüb - 1:1.

Meydan sahiblərindən Oli Makbörni ilk hissədə penaltini dəqiq yerinə yetirib. İkinci yarıda Danqo Uattara hesabı bərabərləşdirib.

Bu nəticədən sonra "Brentford" 11 xalla altıncı, "Hall Siti" isə 10 xalla 10-cu pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 20:59

Dambrauskas: 0:0 nəticəni ədalətli hesab edir, futbolçuları Avropa transferlərinə sevinclidir

Cüdo
Bu gün, 20:55

Gənc cüdoçularımız Düşəbədə keçirilən Qran-pri turnirində 5 medal qazandı

Qarabağ FK
Bu gün, 20:48

Qurbanov: “Texniki səhvlərimiz çox, fiziki hazırlığı artırmalıyıq”

Futbol
Bu gün, 20:41

FIFA U-15 Dünya Çempionatında Azərbaycan millisi Avstraliyaya 1:3 hesabı ilə məğlub oldu

Futbol
Bu gün, 20:39

Hoffenheim 3-0 Bayer: Üç qol ilə Bundesligada qalib

Qarabağ FK
Bu gün, 20:34

Qurban Qurbanov: "Sabah"la 0:0 hesablı heç-heçə edən "Qarabağ"da texniki səhvlərə baxmayaraq mübarizədən qopmadıq"

Güləş
Bu gün, 20:27

Sənan Süleymanov: Bir ay əvvəl dünya çempionu olacağımı yazmışdım, indi qızıl medal qazanmışam

Futbol
Bu gün, 20:19

Monako, Lillə 1:1 tarazlıqda bitirdi

Qarabağ FK
Bu gün, 20:15

Sabah vs Qarabağ 0‑0: Mərkəzi oyunda bərabərlik

Cüdo
Bu gün, 19:45

U-17 ne‑vaza ACF Kubokunun ilk günündə 198 cüdoçu yarışdı

Cüdo
Bu gün, 19:33

Azərbaycan millisi Düşənbədə Qran-Pri cüdo turnirində beş medal qazanıb

Cüdo
Bu gün, 19:27

U-17 cüdoçuların ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri ACF-də elan edildi

Futbol
Bu gün, 19:04

Atletik 4-0 Xetafe: La Liqada dörd qol

Futbol
Bu gün, 18:59

Konyaspor Gənclərbirliyi 2-0 məğlub etdi

Güləş
Bu gün, 18:40

Ukraynada təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibov bürünc medal uğrunda mübarizə aparacaq

Futbol
Bu gün, 18:13

Real Madrid El‑Klasiko öncəsi qapıçısı Kurtua qrip səbəbiylə oyun verməyəcək

Futbol
Bu gün, 18:05

Azər Bağırov: "Rəqib heç nə yaratmadı, qolları öz səhvlərimizdən buraxdıq"

Futbol
Bu gün, 17:52

İmişli baş məşqçisinin Şamaxı qarşısında riskli taktikası qələbəyə yol açdı

Güləş
Bu gün, 17:43

Eldəniz Əzizli 55 kiloqram çəki kateqoriyasında dünya çempionu oldu

Futbol
Bu gün, 17:42

İnter, 98-ci dəqiqə qoluyla Fiorentina’yı məğlub etdi

Futbol
Bu gün, 17:38

Perkons: 2:1 Qələbə Üç Xalın Nəzarətində

Futbol
Bu gün, 17:29

Şəfa-2 3:2 hesabla Turan Tovuz-2-ni məğlub etdi

Futbol
Bu gün, 17:27

Milan, Luka Recciani-nin İtaliyaya dönüşü üçün çalışır

Oxşar xəbərlər