Mövsümün sonunda "Liverpul"u tərk edəcək futbolçulardan ikisi bəlli olub.
İdman.biz xəbər verir ki, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
Premyer Liqa təmsilçisi kamerunlu mərkəz müdafiəçisi Joel Matip və ispaniyalı yarımmüdafiəçi Tyaqo Alkantara ilə vidalaşacaq. Matip 8, Alkantara 4 mövsüm "Liverpul"un uğurları üçün çalışıb.
Qeyd edək ki, kamerunlu İngiltərə klubunda 201 oyunda 11 qol vurub. İspaniyalı isə 98 görüşdə 3 dəfə fərqlənib.
İdman.biz