top
PFL rəsmisi: II Liqada oynamaq istəyən komandalara şans yaradıldı Idman.biz
Bu gün, 14:47
- +

PFL rəsmisi: II Liqada oynamaq istəyən komandalara şans yaradıldı

Futbol üzrə Azərbaycan II Liqasında oynamaq istəyində olan komandaların sayı çox olub.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.

PFL rəsmisi çempionatda format dəyişikliyini şərtləndirən səbəblər barədə danışıb: "Məlum olduğu kimi, ötən mövsümün yekunlarına əsasən II Liqadan I Liqaya 3 komanda yüksəldi. Region Liqasının qalibi II Liqanın sonuncusunu əvəzlədi. Pley-off yekunlarına əsasən isə Region Liqasının finalında oynamış "Şirvan" üst liqada çıxış hüququ əldə etdi. Bununla yanaşı, "Qusar" komandası rəsmi müraciətə və dəfələrlə xatırlatmalarımıza baxmayaraq, 2025/2026 mövsümündə iştirakını təsdiqləmədi. Bu komandanın oyunları zamanı ötən mövsüm ərzində sistematik neqativ hallar yaşandığını nəzərə alaraq, başqa bir komanda ilə əvəzlənməsinə qərar verildi. Bu dəyişiklik zamanı həmişəki kimi idman prinsiplərinin rəhbər tutulmasına çalışıldı və ötən il Region Liqasında 3-cü yeri tutmuş "Ağstafa Gəncləri" komandasının II Liqaya buraxılmasına qərar verildi".

S.Abdullayevin sözlərinə görə, AFFA və PFL olaraq həmişə idman prinspilərinə mümkün olduğu qədər əməl edilməsi əsas hədəflərdən olub: "Bu dəfə də istisna olmadı. Həm idman prinsipləri qorundu, həm də II Liqada çıxış etmək istəyən, nisbətən yaxşı imkanlara malik komandalara şans yaradıldı. Belə ki, Region Liqasından II Liqaya 3 komandanın yüksəlmək şansı olacaq. Region Liqasında 1-ci yerin sahibi birbaşa II Liqaya vəsiqə qazanacaq, 2-ci və 3-cü yerlərin sahibləri müvafiq olaraq, 2-ci Liqada 11-ci və 10-cu yerləri tutmuş komandalarla 1 oyundan ibarət pley-off oyunu keçirəcəklər. II Liqa 27 turdan ibarət olacaq. Komandalar ilkin olaraq 2 dövrədən ibarət 22 turda, daha sonra 5 turdan ibarət "altılıq" sistemində yarışacaqlar. 22 tur bu yarış üçün çox az olardı. 12 komandalı çempionatların imkan verdiyi "6-lıq" sistemini tətbiq etmək qərarına gəldik. İnanırıq ki, bu durum istər aşağı, istərsə də yuxarı pillələrdə yer alan komandaların yarışdan tez qopmasının qarşısını alacaq. Bundan əlavə, bir daha qeyd edək ki, görüşdüyümüz namizəd komandaların həqiqətən də futbolla bağlı planları bizi sövq etdi ki, aşağıdakı komandaların şans qazanması və motivasiya əldə etməsi üçün zəmin formalaşdıraq. Bu eyni zamanda II Liqada qalmaq uğrunda mübarizəni də kəskinləşdirəcək".

Qeyd edək ki, II Liqada 2025/2026 mövsümü sentyabrın 6-da başlayacaq.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:27

"Kəpəz" Olavale Onanuqanı yenidən heyətinə cəlb etdi

Futbol
Bu gün, 17:20

"Sabah" - "Levski" oyununa bilet satışı başladı

Boks
Bu gün, 17:19

Azərbaycanlı boksçuya qarşı haqsızlığa görə hakim ömürlük cəzalandırılacaq

Futbol
Bu gün, 17:17

Azərbaycan klublarının yeni mövsüm öncəsi transferləri

Futbol
Bu gün, 17:04

Almaniya millisinin sabiq futbolçusu Frank Mill vəfat edib

Futbol
Bu gün, 17:01

"Qarabağ"da Zubir, "Şkendiya"da İbraimi - Avrokubok Təcrübəsi

Futbol
Bu gün, 17:00

Luka Yoviç "Milan"dan AEK-a transfer olundu

Futbol
Bu gün, 16:56

Türkiyə Superliqasında I turdan 3 oyun təxirə salınıb

Futbol
Bu gün, 16:49

Danimarkada oyunun ən yaxşı oyunçusuna 55 kq kartof hədiyyə edildi

Futbol
Bu gün, 16:46

UEFA İqor Ribeyronu cəzalandırdı: Cəza "Araz-Naxçıvan"da çəkiləcək

Güləş
Bu gün, 16:32

Sərbəst güləşçilərimiz dünya çempionatına hazırlaşmaq üçün Türkiyəyə yollandı

Güləş
Bu gün, 16:29

Sərbəst güləş üzrə Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışında iştirak edəcək

Güləş
Bu gün, 16:28

Giorgi Meşvildişvili: Varşava turnirində rəqiblərim güclü idi, dünya çempionatına hazırlaşırıq

Futbol
Bu gün, 16:23

Mitroviç "Tottenhem"ə keçə bilər

Futbol
Bu gün, 16:20

"Fənərbaxça" Meyson Mauntun transferi ilə maraqlanır

Futbol
Bu gün, 16:15

"Qəbələ" Qədir Ramazanov və Elnur Mustafayevlə müqavilə müddətini uzadıb

Futbol
Bu gün, 16:04

Luka Yoviç "Milan"dan AEK-ə transfer olundu

Futbol
Bu gün, 16:00

FİFA hakimi Çan Din Txin qəfil vəfatı

Futbol
Bu gün, 16:00

"Porto" Lük de Yonqun transferini necə gizlətdi?

Futbol
Bu gün, 15:47

Namiq Ələsgərov "Zirə"yə keçdi

Futbol
Bu gün, 15:44

Namik Ələskərov "Zirə"də

Boks
Bu gün, 15:40

Azərbaycan taekvondoçuları İstanbulda təlim-məşq toplanışında

Futbol
Bu gün, 15:38

Conatan Montiel niyə "Qarabağ"ın "Şkendiya" ilə oyunları üçün sifariş edilmədi?

Futbol
Bu gün, 15:38

"Zirə" Namik Ələskərov ilə müqavilə imzalayıb

Oxşar xəbərlər