FİFA referisi Çan Din Txin 43 yaşında vəfat edib. Sport24.az xəbər verir ki, bu barədə Vyetnam Futbol Federasiyası məlumat yayıb.
Beynəlxalq dərəcəli hakim 4 km qaçmağı tələb edən dözümlülük testindən keçərkən yıxılıb.
Çan Din Txin qaçarkən huşunu itirib, ona ilk tibbi yardım göstərilib, sonra xəstəxanaya aparılıb. Lakin həkimlər ədalət təmsilçisinin həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, Txin 2019-cu ildən FİFA referisi statusunu daşıyırdı.