Serbiyalı hücumçu Luka Yoviç karyerasını Yunanıstanda davam etdirəcək. Sport24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, AEK futbolçu ilə müqavilə bağlayıb.
Yoviç 2023-cü ildən "qırmızı-qaralar"ın formasını geyinirdi.
Qeyd edək ki, Yoviç "Milan"ın heyətində 47 oyun keçirib və 13 qol vurub. Ötən mövsüm forvard A Seriyasında və İtaliya Kubokunda ümumilikdə 17 matçda meydana çıxıb. Serbiyalı futbolçu karyerası ərzində "Srvena Zvezda", "Benfika", "Real", "Ayntraxt" və "Fiorentina" kimi klubların formasını geyinib.