"Zirə" Namik Ələskərovu transfer edib.
"Report" xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, karyerası ərzində "Bakı", "Qarabağ", "Kəpəz", "Neftçi", "Bursaspor" (Türkiyə) klublarında çıxış edən N.Ələskərovun son iş yeri "Sabah" olub.