"Mançester Yunayted"in müdafiəçisi Patrik Dorqu zədə səbəbindən sıradan çıxıb.
İdman.Biz bildirir ki, 21 yaşlı futbolçu Premyer Liqanın 23-cü turunda "Arsenal"ı 3:2 hesabı ilə məğlub etdikləri oyunda bud əzələsindən zədə alıb.
"Mankunianlılar" hələ də zədənin mahiyyətini araşdırır və sağalma müddəti məlum deyil. "The Athletic"in məlumatına görə, Dorqunun təxminən 10 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Dorqu bu mövsüm Premyer Liqada 22 oyun keçirib, üç qol vurub və üç məhsuldar ötürmə edib.