"Qarabağ"ın sabiq futbolçusu Ovusu Kvabena karyerasını yenidən Türkiyədə davam etdirəcək. Sport24.az xəbər verir ki, qanalı futbolçu "Sakaryasporla anlaşıb.
Sözləşməyə əsasən Ovusu mövsümün sonuna birinci liqa klubunun formasını geyinəcək.
Qeyd edək ki, 28 yaşlı futbolçu 2020-2023-cü illərdə "Qarabağ"ın uğurları üçün çalışıb.