top
Orxan Məmmədov: Nəinki regional, hətta qadınlar arasında... Sport24.az
15 may 2024, 09:45
- ↺ +

Orxan Məmmədov: "Nəinki regional, hətta qadınlar arasında..."

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov liqanın final oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, Məmmədov mövsümü dəyərləndirib və gələcək planlardan danışıb.

 

- Geridə qalan mövsümü necə dəyərləndirirsiz?

- Hesab edirəm ki, mövsüm uğurlu keçdi. "Birbaşa Bakı" yenidən çempion oldu. Onları təbrik edirəm. Gərgin mübarizə izlədik. Final da çox gərgin keçdi. "Aznur" yeni bir komandadır və finala qədər irəllilədi. Bu həm də çempionatımızın dəyişməsini göstərir. Yeni komandalara oyunçular, sponsorlar cəlb olunur. Fikrimcə, bu minifutbolun inkişafı üçün böyük töhfədir. Həm "Aznur", həm də üçüncü yer tutan "Real Bakı" çempionatımıza damğa vurdu.

 

- Gələn mövsüm komanda sayını artırmağı düşünürsüz?

- Məqsədimiz dediyim kimi daha çox kütləviliyi təmin etməkdir. Komanda sayı ilə bağlı dəyişiklik olmayacaq. Yeni oyunçuların, yeni sponsorların cəlb olunması bizim üçün bir nömrəli məqsəddir. Komandalarda peşəkarlığın daha da artırılması əsas məsələlərimizdən biridir.

 

- Regional Liqaların keçirilməsi gündəmdə var?

- Bəli kütləviliyi artırmaq üçün regionları yaddan çıxarmamalıyıq. Minifutbol ölkəmizin hər yerində oynanılır. Nəinki regional, hətta qadınlar arasında minifutbol liqasını yaratmağı fikirləşirik. Hesab edirəm ki, növbəti hədəflərimizdən biri məhz bu olacaq.

 

- Qarşıdan Avropa çempionatı gəlir. Millimizin qarşısına qoyulan hədəf nədir?

- Komandamız favoritlərdən biridir. Biz son Avropa çempionuyuq və dünya çempionatında da dördüncü olmuşuq. Bunu nəzərə alsaq, məqsədimiz yalnız çempionluqdur. Birinci növbədə çempionluq titulumuzu qorumağa çalışacağıq. Bu ay keçirilən beynəlxalq turnirdə millimiz son dünya çempionuna qalib gəldi. Bu da onu göstərir ki, uşaqların məqsədi çox ciddidir. Həm media nümayəndələri, həm də biz onları daha da ruhlandırmalıyıq. Millimiz gələn ay keçiriləcək yarışa tam hazırdır. Bir neçə gün sonra heyət elan olunacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Qarabağ FK
Bu gün, 11:58

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

Cüdo
Bu gün, 11:44

Bakıda region cüdoçularının təlim‑məşq toplanışı başladı

Gimnastika
Bu gün, 11:31

Azərbaycan gimnastları 32-ci Dünya Yaş Qrupları yarışı finalına çatdı

Voleybol
Bu gün, 11:28

Sportinq, Xilasediciyə məğlub olaraq Portuqaliyada məyusluqla qarşılandı

Futbol
Bu gün, 11:20

La Liqada son 10 mövsümdə bu qədər qol vurulmayıb

Voleybol
Bu gün, 11:13

‘Xilasedici’ baş məşqçisi: Yeni hədəflər üçün mübarizə davam edir

Gimnastika
Bu gün, 11:07

Ömər Qasımlı və Muhamməd Həsənli Çində dünya yaş qrupları gimnastikada finala vesiqə qazandı

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Futbol
Bu gün, 10:40

Almaniyalı milli futbolçu Niklas Zülənin: Karyeram boyunca gündə üç pivə içdiyim

Digər
Bu gün, 10:38

Usman Nurməhəmmədov və Merab Dvalişvili Əbu-Dabidə saxlanıldı

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Oxşar xəbərlər