"Qarabağ"a qarşı çox çətin bir matç idi".
Bu sözləri "Kəpəz"in futbolçusu Ryonosuke Ohori deyib.
Yarımmüdafiəçi "Qarabağ"a səfərdə iki cavabsız qolla qalib gəldikləri Misli Premyer Liqasının 17-ci turunun oyunu ilə bağlı danışıb.
"Matçdan öncə qalib gələ biləcəyimizə inanırdım. Rəqibin diqqətini Çempionlar Liqasına yönəltməsi qələbəmizdə rol oynadı", - deyə o, sport24.az-a açıqlamasında deyib.
Yaponiyalı oyunçu "Qarabağ"ın Çempionlar Liqasındakı oyunlarını izlədiyini söyləyib:
"Hər dəfə izlədikdə mənim də bu cür möhtəşəm turnirdə oynamaq istəyim artır. Vurduğum qol "ayın qolu" seçilsə, çox sevinərdim. Bəli, düşünürəm ki, elədir. Qarabağ hazırda Çempionlar Liqasına diqqət yetirir".