top
Nyukaslın müdafiəçisi Trippyer Qarabağ oyunu öncəsi komandanın yenilənməyə ehtiyacı olduğunu bildirib Idman.biz
09 fevral 2026, 13:35
- ↺ +

"Nyukasl"ın müdafiəçisi Trippyer "Qarabağ" oyunu öncəsi komandanın yenilənməyə ehtiyacı olduğunu bildirib

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı ilk oyunun yaxınlaşması fonunda "Nyukasl" üzərində qara buludlar sıxlaşır. Premyer Liqada komanda ardıcıl dörd matçdır qələbə qazana bilmir və turnir cədvəlində 12-ci pilləyə geriləyib. "Brentford"a 2:3 hesablı məğlubiyyətdən sonra isə təcrübəli müdafiəçi Kiran Trippyer açıq və sərt açıqlama ilə çıxış edib.

İdman.Biz xəbər verir ki, məğlubiyyətdən sonra Kiran Trippyer "Nyukasl" azarkeşlərini komandaya əvvəlki kimi dəstək verməyə çağırıb və eyni zamanda "Qarabağ"la qarşıdakı oyunlara toxunub.

"Şübhə etməyin, biz bunu düzəldəcəyik. Sadəcə çətin dövrdən keçirik. Matçların çoxluğu ilə bağlı bəhanə axtarmıram, çünki biz - futbolçular, azarkeşlər və klub olaraq - Çempionlar Liqasında oynamaq istəyirik. Bütün turnirlərdə iştirak etmək niyyətindəyik, buna görə də mənim tərəfimdən bəhanə ola bilməz. Söhbət yenilənmədən gedir. Beş oyundur qələbə qazanmırıq, amma indi əsas məsələ xarakter, irəli atılan addım və şəxsi məsuliyyətdir – məni də daxil olmaqla", - deyə Trippyer bildirib.

O əlavə edib ki, fevralın 18-də Bakıya səfərdən əvvəl həlledici məqam yaxın turda "Tottenhem"lə keçiriləcək qarşılaşma ola bilər.

"Biz yenidən qalib gələcəyik. Qarşıda bizi daha bir çətin sınaq gözləyir. Edə biləcəyimiz yeganə şey bərpa olunmaq, baş məşqçini dinləməyə davam etmək və yolumuza davam etməkdir. Qrafik amansızdır, amma biz məhz bunu istəyirdik", - deyə müdafiəçi fikirlərini davam etdirib.

"Brentford"la oyunu təhlil edən Kiran rəqibin qələbə qolunda günahkar olduğunu da etiraf edib. "Söhbət yenə də bu qolun necə buraxılmasından gedir. Hər oyundan sonra özümü daim təhlil edirəm və üçüncü qola yenidən baxmağa belə ehtiyacım yoxdur - mövqeyimdə deyildim. Burada məsuliyyəti tam üzərimə götürürəm, karyeram boyu etdiyim kimi. Gizlənmirəm və məsuliyyətdən yayınmıram.

Biz məyusuq, xüsusilə də evdə oynayanda, çünki əvvəllər güc idik, təhlükə yaradırdıq. Komandalar bizdən qorxurdu, amma indi yenilənməyə ehtiyac var. Biz işləməyə davam etməliyik. Hər üç gündən bir oynadığın zaman reallıq məhz budur. Biz, futbolçular, məsuliyyəti üzərimizə götürəcəyik və azarkeşlərdən üzr istəyəcəyik", - deyə K. Trippyer vurğulayıb.

O, həmçinin komandanın formasını yaxşılaşdırmaq üçün nələrin vacib olduğunu da dəyərləndirib. "Bəlkə də bir az özünəinam lazımdır. Qələbə qazanmadığın dövrləri karyeram ərzində dəfələrlə yaşamışam – hələ gənc futbolçu olanda daha təcrübəlilər vəziyyəti nəzarətə götürürdülər. İndi isə bu roldayam və durumu sabitləşdirməliyik. Biz baş məşqçini dinləməyə davam etməliyik. Planı o müəyyənləşdirir, bizim vəzifəmiz isə məsuliyyəti üzərimizə götürüb onu yerinə yetirməkdir. Buraxdığımız qollar bizim günahımızdır və bundan başqa izahı yoxdur", - deyə Trippyer "Nyukasl"ın rəsmi saytına açıqlamasında fikirlərini yekunlaşdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Dünən, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Voleybol
Dünən, 21:56

Azərbaycan Qadın Voleybol Super Liqası 2026/2027 mövsümünün açılış matçları

Qarabağ FK
Dünən, 21:55

Bədavi, Qurbanlı və Şahruddin Məhəmmədəliyev Azərbaycan Milli Komandasına dəvət edildi

Qarabağ FK
Dünən, 21:55

Qarabağın 7 futbolçusu milli yığmalara çağırıldı

Olimpiada
Dünən, 21:43

Badmintonçu Ülvi Hüseynov: Heç Vaxt Heçnə İmkansız Değildir - Video

Boks
Dünən, 21:34

Azərbaycan kikboksçuları Avropa çempionatı üçün Şimali Makedoniyaya yola düşdü

Futbol
Dünən, 21:27

Cennaro Qattuzo oktyabr ayının İtaliya Seriyası ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:26

Manchester Unitedda Carlos Balebanın ciddi zədəsi

Futbol
Dünən, 20:57

Neftçi-2 Turan Tovuz-2'ı 4:1-dən məğlub etdi

Qarabağ FK
Dünən, 20:50

Qurban Qurbanov: “Yeni futbolçular artıq özlərinə gəlməyə başlayırlar”

Oxşar xəbərlər