"Nyukasl Yunayted" klubu "Mançester Yunayted"in maraq dairəsinə baxmayaraq, müdafiəçi Lyuis Hollu satmaq niyyətində deyil.
İdman.Biz-in "Sky Sports"a istinadən verdiyi məlumata görə, "qırmızı şeytanlar" təxminən iki həftə əvvəl 21 yaşlı ingilis futbolçunun mümkün transferi ilə bağlı "sağsağanlar"a müraciət ediblər.
Lakin "Nyukasl" klubu oyunçunun satılmadığını və klubun hazırkı transfer pəncərəsində buraxmaq istəyən oyunçular siyahısında olmadığını açıqlayıb.
Holl 2024-cü ildən "Nyukasl"da çıxış edir. Ötən mövsüm müdafiəçi bütün yarışlarda 47 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 40 milyon avrodur.