top
Nyukasl azarkeşlərə Bakı səfəri zamanı davranış qaydaları və Azərbaycan mədəniyyətinə hörmət barədə tövsiyələr verib Report.az
11 fevral 2026, 15:39
- ↺ +

"Nyukasl" azarkeşlərə Bakı səfəri zamanı davranış qaydaları və Azərbaycan mədəniyyətinə hörmət barədə tövsiyələr verib

İngiltərənin "Nyukasl" klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda baş tutacaq "Qarabağ"la matçdan öncə azarkeşlərdən Azərbaycan mədəniyyətinə diqqətli yanaşmağı tövsiyə edib.

"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda azarkeşlər üçün vacib olan səfər, təhlükəsizlik və davranış qaydaları əksini tapıb:

"Azərbaycana səfər edənlərin etibarlı pasportu olmalı və əvvəlcədən viza almalıdırlar. Viza prosesi üçün bir həftə vaxt ayrılması və səyahət sığortasının əldə edilməsi lazımdır. Ölkənin rəsmi valyutası manatdır. Bakıda kart və təmassız ödənişlərdən geniş istifadə olunur, həmçinin bankomatlar mövcuddur. Hava limanından şəhər mərkəzinə taksi və ya birbaşa avtobus xidməti ilə getmək mümkündür. Metro səhər saat 06:00-dan gecə 00:00-dək fəaliyyət göstərir və istifadə üçün kart lazımdır".

"Nyukasl"ın azarkeşlərinin "Gənclik" metro stansiyasından istifadə etmələri və stadionun "B" qapısına (Gate B) yönəlmələri xahiş olunur:

"Girişdə stüardlar və polis tərəfindən yoxlanışlar aparılacaq, stadion ərazisində hərbi qulluqçular olacaq. Stadiona A4 ölçüsündən böyük çantalar, çətirlər, həmçinin pirotexnik vasitələr, vuvuzelalar buraxılmayacaq. Bayraqlar 1,5m x 2m ölçüsündən böyük olmamalı və siyasi şüarlar ehtiva etməməlidir. Stadion daxilində qəlyanaltılar və içkilər (o cümlədən pivə) satılacaq. Kənardan spirtli içki gətirmək qadağandır".

Ramazan ayının başlayacağı və fevralın 18-dən orucluğun start götürəcəyi və ingiltərəli azarkeşlərdən buna, həmçinin yerli mədəniyyətə hörmətlə yanaşmaları tövsiyə olunub. Şəhidlər Xiyabanı kimi tarixi və mühüm məkanlarda davranışlara xüsusi diqqət yetirilməsi, hörmətsizlik edilməməsi barədə də xəbərdarlıq olunub.

Matç bitdikdən sonra isə "Nyukasl" azarkeşlərinin təhlükəsizlik məqsədilə 30 dəqiqə tribunada saxlanılacağı bildirilib.

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" oyunu fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 22:09

Azərbaycan cüdo komandası Zaqrebdə Grand-Prixdə iştirak edəcək

Futbol
Bu gün, 21:59

İnfantino: Ronaldo'nun milli karyerası sona çatdı – “irsi qollardan daha böyük”

Futbol
Bu gün, 21:56

Kriştiano Ronaldo milli futbol karyerasını başa vurdu: "Bu 23 il üçün təşəkkür edirəm"

Qarabağ FK
Bu gün, 21:52

Bakıda Riçard Almeyda və keçmiş komanda yoldaşı Elvin Cəfərquliyev görüşdü - FOTO

Minifutbol
Bu gün, 21:44

Star Bakı minifutbol çempionatında 5:2 hesabla qalib gəldi

Digər
Bu gün, 21:36

Azərbaycan karateçiləri Batumi yarışına hazırlıq üçün görüş keçirdi

Futbol
Bu gün, 21:28

Real Madriddə oktyabr ayının ən yaxşı futbolçusu namizədləri müəyyənləşdirilib

Voleybol
Bu gün, 21:26

Bakı klubu "DH Volley" CEV Kubokunda Holte'yi 3:0 məğlub etdi

Cüdo
Bu gün, 21:14

Azərbaycan 14 cüdoçunu Zaqrebdəki Qran-Pri turnirində təqdim edəcək

Digər
Bu gün, 21:01

AMADA güləş, taekvondo, qılıncoynatma və üzgüçülük federasiyalarının idmançıları üçün antidopinq seminarı keçirdi

Digər
Bu gün, 20:57

Kastello Lükeb Barçaya transfer olmaq üçün agentini dəyişdi

Cüdo
Bu gün, 20:51

Abşeronda 302 cüdoçu kəmər imtahanında iştirak edib

Futbol
Bu gün, 20:45

Camal Musiala yarımmüdafiəçi beş həftəlik fasilədən sonra “Bavariya”nın ümumi məşqinə qayıtdı

Futbol
Bu gün, 20:08

Kançelskis: Ronaldunun milli komandaya xidmətinin sonu təbii idi və o, 50 yaşına qədər oynaya bilməzdi

Digər
Bu gün, 19:59

Okan Buruk və Ayris Kurteş arasında romantik münasibət iddiaları

Futbol
Bu gün, 19:58

Ayven Touni Manchester United'ə transfer oluna bilər

Futbol
Bu gün, 19:45

Neftçi, Kəpəzlə qarşılaşmaya hazırdır - FOTO

Futbol
Bu gün, 19:41

Cob Bellinghem: Azarkeşlərin dəstəyi ilə Betisə qarşı qalib gəldik

Digər
Bu gün, 19:19

Fərid Qayıbov və Rəşad İsmayılov Bakıda 1300 ağac əkdi - FOTO

Qarabağ FK
Bu gün, 19:12

İlham Zəkiyev: “Hərbi xidmətdə güllə yarasından sonra görmə qabiliyyətimi itirsəm də, həyata və idmana inamımı itirmədim” - VİDEO

Futbol
Bu gün, 19:07

Qalatasarayın Ştutqart üzərindəki qaləbəsi: Oyunçular klubda əyləncə arxasından qaçdı

Futbol
Bu gün, 19:01

Yaponiyalı Kozo Taşima və Ramon Veqa, 2027-ci il FIFA prezidentliyi seçkilərinə İnfantino rəqibi kimi qoşuldu

Futbol
Bu gün, 18:59

Unay Emeri ilə müqavilə uzadılması üçün danışıqlar başladı

Futbol
Bu gün, 18:46

İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu mükafatına 8 namizəd müəyyən oldu

Oxşar xəbərlər