top
Novruz Əzimov: “Premyer Liqada həm monotonluq, həm də bir az canlanma var” Sport24.az
16 may 2024, 11:20
- ↺ +

Novruz Əzimov: “Premyer Liqada həm monotonluq, həm də bir az canlanma var”

Hazırda işsiz olan məşqçilərdən biri də Novruz Əzimovdu. Bir müddət Moldovada işləyən mütəxəssis mövsümün əvvəlində II Liqada çıxış edən "Dinamo"nun "sükanı arxasına" keçsə də, paytaxt təmsilçisində çox duruş gətirmədi. Sport24.az-a müsahibə verən  64 yaşlı mütəxəssis həm Moldovada işlədiyi dönəmi yada salıb, ölkə futbolunun bugünkü durumunu dəyərləndirib.

 


- Novruz müəllim, hazırda nə işlə məşğulsuz?
- İdman akademiyasında dərs deyirəm. İmkan olduqca da stadionlara gedib oyunları canlı izləyirəm.

 

- Çalışdırdığınız son iki klubun adı "Dinamo" olub. Əvvəlcə Moldova təmsilçisi "Dinamo-Avto"nu "sükanı arxasında" olduz, ardınca Bakı "Dimamo"suna rəhbərlik etdiz. Amma hər iki "Dinamo"da işiniz qısa çəkdi. Sanki "Dinamo" adı sizə düşmür...
- Sizinlə razı deyiləm. Əksinə "Dinamo" adı məşqçilik karyeramda böyük rol oynayıb. Sovet dönəmində mövcud olan Bakı "Dinamo"sunu 1997-ci ildə mən bərpa etmişəm və klubun nizamnaməsini də özüm yazmışam. Həmin ildə Azərbaycanın güclülər dəstəsində 2-ci yeri tutmuşuq. Əlyazma şəklindəki Nizamnamə bu gün də Nail Əliyevin şəxsi arxivində qalmaqdadı. Təəssüflər olsun ki, hazırda bəzi yerlərdə "Dinamo"nun 1997-ci ildə baş məşqçisi kimi Yaşar Abdulov göstərilir. Hərçənd ki, Abdulov həmin vaxt komanda da köməkçi məşqçi kimi çalışıb. II dövrədə isə ümumiyyətlə, klubda çalışmayıb. Sözüm odu ki, "Dinamo" adı mənə düşərsiz olmayıb. Son dönəmdəki uğursuzluq adla bağlı deyil.


- "Dinamo-Avto"dan niyə ayrıldız?
- "Dinamo-Avto"nun gələcəyi yaxşı olacaqdı. Sadəcə, klubdaxili intriqalar və maddi problemlər buna mane oldu. Sırf bu səbəblərə görə klubdan ayrıldım. Hazırda da Moldova təmsilçisinin mənə borcları var.


- Amma mətbuatda yazılanlara görə, komanda turnir cədvəlinin zirzəmisində olduğundan işinizdən uzaqlaşdırılmısız...
- Cəfəngiyatdı. Komandanı təhvil alanda çempionata mənfi xalla başlamışdı. Buna baxmayaraq, kollektivi toparlaya bildim, oyundan-oyuna inkişaf etdiyimiz hiss olunurdu. Sadəcə, klub rəhbərliyinin özbaşınalığı bütün planları pozdu. Yəni, "Dinamo-Avto" klub olsa da, komanda ola bilmədi.


- Özbaşınalıq deyəndə nələri nəzərdə tutursuz?
- Klub rəhbərliyi verdiyi vədləri yerinə yetirmədi. Futbolçuların və mənim maaşımıı aylarla gecikdirdi. Sonra bəlli oldu ki, rəhbərliyin ümumiyyətlə, pul vermək fikiri yoxdu. Buna etiraz etdiyimə görə məni komandadan uzaqlaşdırdılar. Mən də onları məhkəməyə verdim. Məhkəməni udsam da, hələ pulumu ala bilməmişəm. Çünki, klub müflis olub.

 

- Bakı "Dinamo"sunda niyə uğur qazana bilməzdiz?
- Komanda qısa vaxtda yığılmışdı. İstədiyimiz oyunçuları heyətimizə qata bilmədik, çempionat ərəfəsində təlim-məşq toplanışı keçmədik. Əlimizin altında olan oyunçuların çoxu ilk dəfə idi ki, peşəkar çempionatda çıxış edirdi. Sözüm səhv anlaşılmasın, amma sərəncamımda olan oyunçuların əksəriyyəti digər klublara lazım olmayanlar idi. Məcburiyyətdən onları oynadırdım. Orda da mənə vədlər olundu ki, transferlər olacaq, güclənəcəyik, şəraitimiz daha yaxşı olacaq. Amma müsbət mənada dəyişiklik olmadı. Nəticələr qənaətbəxş olmadığından və böyükhesablı məğlubiyyətdən sonra baş məşqçi postundan getməyi lazım bildim və qərarımdan da peşman deyiləm. Bu gün də həm Yaşar müəllimə, həm də onun komandasına mənəvi dəstəyimi əsirgəmirəm.


- Yaşar Seyidov bildirmişdi ki, Novruz müəllimi klubda saxlayıb başqa vəzifəyə keçirəcəyik...
- Bu barədə hələ heç bir təklif olmayıb.
Yuxarıda dediyim kimi müəllimlikdən başqa hər hansı işlə məşğul deyiləm.


- Çempionatımız haqqında nə deyərdiz?
- Premyer Liqamızda həm monotonluq, həm də bir az canlanma var. Monotonluq odur ki, "Qarabağ" qeyri-şərtsiz çempionatın ağasıdı və erkən çempionluğunu təmin edir. Bu reallığı qəbul etməliyik. Canlanma isə digər klubların avrokuboklara vəsiqə uğrunda hələ mübarizə aparmasıdı. Mövsümün bitməsinə iki tur qalmasına rəğmən "Sumqayıt", "Sabah", "Zirə" və "Neftçi" arasında ölüm-dirim savaşı gedir. Fikrimcə, son tura kimi intriqa davam edəcək. Çox istərdim ki, çempionluq uğrunda da belə mübarizə görək.

 

- "Qəbələ" elitadan düşdü. Sizcə, bölgə təmsilçisinə güzəşt olunmalıydı?
- İdman prinsipinin qorunması əsas şərt olmalıdı. Məncə, "Qəbələ" kimi infrastrukturu, bazası olan kluba güzəşt olunsaydı, idman prinsipinə o qədər də xələl gəlməzdi.


- Sizcə, mövsümün gedişində"Qəbələ"də baş məşqçi dəyişikliyi düzgün qərar idi?
- Bu klub rəhbərliyinə aid məsələdi. Mən komandanın içində deyiləm, ona görə də nəsə deməyim düz çıxmaz.



- Elmar Baxşıyev postunda qalsaydı, "Qəbələ"ni uğursuzluq zolağından çıxarda bilərdi?
- Məncə, Elmar müəllimin vaxtında "Qəbələ" daha kreativ oyun sərgiləyirdi. Onu da qeyd edim ki, bir komandanı ayaqda saxlamaq üçün tək baş məşqçi amili kifayət etmir. Müasir futbolda maliyyə şərtləri əsasdı. Demək istəyirəm ki, "Qəbələ" rəhbərliyi maksimum çalışıb komandanın özəyini təşkil edən futbolçuları saxlamalıydı. Əsas heyət oyunçularının getməsi "qırmızı-qaralar"ın çışına pis mənada təsir etdi. Bunun da acı nəticəsini hamıməz gördük.  

 

- AFFA-nın yeni rəhbərliyindən gözləntiniz...  
- Yeni rəhbərliyin ölkə futboluna nə dərəcədə faydalı olub-olmayacağını zaman göstərəcək. Hələ nəsə demək tezdi.


- Azərbaycan yığmasının baş məşqçi postu hələ də vakantdı. Necə düşünürsüz, bu vəzifəyə yerli, yoxsa əcnəbi mütəxəssis dəvət olunmalıdı?
- Həmişə demişəm, yenə təkrar edirəm, milliyə yerli məşqçi təyinat almalıdı. Adlar çəkmək istəmirəm, amma bu vəzifəni layiqincə icra edəcək mütəxəssislərimiz var.

Abdulla İsmayıloğlu

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 11:31

Azərbaycan gimnastları 32-ci Dünya Yaş Qrupları yarışı finalına çatdı

Voleybol
Bu gün, 11:28

Sportinq, Xilasediciyə məğlub olaraq Portuqaliyada məyusluqla qarşılandı

Futbol
Bu gün, 11:20

La Liqada son 10 mövsümdə bu qədər qol vurulmayıb

Voleybol
Bu gün, 11:13

‘Xilasedici’ baş məşqçisi: Yeni hədəflər üçün mübarizə davam edir

Gimnastika
Bu gün, 11:07

Ömər Qasımlı və Muhamməd Həsənli Çində dünya yaş qrupları gimnastikada finala vesiqə qazandı

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Futbol
Bu gün, 10:40

Almaniyalı milli futbolçu Niklas Zülənin: Karyeram boyunca gündə üç pivə içdiyim

Digər
Bu gün, 10:38

Usman Nurməhəmmədov və Merab Dvalişvili Əbu-Dabidə saxlanıldı

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Oxşar xəbərlər