top
Nigar Mirzəliyeva Rusiya Superkuboku qələbəsi və gələcək planları haqqında danışdı Report.az
10 iyun 2025, 15:07
- +

Nigar Mirzəliyeva Rusiya Superkuboku qələbəsi və gələcək planları haqqında danışdı

Azərbaycan millisinin və "Zenit"in üzvü Nigar Mirzəliyeva Rusiya Superkubokunu qazanması ilə bağlı fikirlərini bölüşüb.

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin müdafiəçisi Nigar Mirzəliyeva bu günlərdə "Zenit" klubunun heyətində Rusiya Superkubokunun qalibi olub. Sankt-Peterburq klubu həlledici oyunda Moskva "Lokomotiv"ini 3:0 hesabı ilə məğlub edib.

2022-ci ildən "Zenit"in formasını geyinən 23 yaşlı futbolçu komandanın aparıcı simalarından biri sayılır. Hətta tez-tez Rusiya çempionatında turun rəmzi komandasına düşür. "Zenit"lə ikinci dəfə Rusiya Superkubokunu qazanan Nigar Mirzəliyeva 2023 və 2024-cü illər mövsümündə də ölkə çempionu titulunu əldə edib. Komanda hazırda davam edən 2025-ci il mövsümündə isə turnir cədvəlinə başçılıq edir.

AFFA-nın rəsmi saytına müsahibə verən millimizin futbolçusu həm qazandığı uğurla bağlı təəsssüratlarını bölüşüb, həm də gələcək planlarından bəhs edib.

- Rusiya Superkubokunun qalibi olmaq necə hissdir?

- Rusiyada artıq ikinci dəfədir Superkubokun qalibi oluruq. Buna görə çox sevincliyik. "Lokomotiv"lə Superkubok matçına əvvəlki oyunlarda olduğu qaydada ciddi hazırlaşmışdıq. Bu uğurda qızların və məşqçilərin çox böyük əməkləri var. Komanda olaraq xarakter göstərərək qələbə qazandıq.

- "Lokomotiv"lə görüşdə sizin üçün ən yaddaqalan an hansı oldu?
- Mənim üçün ən yaddaqalan məqam komanda şəklində xarakter göstərməyimiz oldu. Birinci hissə qolsuz bərabərliklə yekunlaşdı. Ancaq ikinci hissədə baş məşqçinin tapşırıqlarını yerinə yetirərək, əzmkar oyun sərgilədik və qalib gəldik.

- "Rubin"dəki çıxışınızı da nəzərə alsaq, artıq 4 ildir karyeranızı Rusiyada davam etdirirsiniz. Oradakı stabil oyunu nəyə borclusunuz?

- "Zenit"də üçüncü mövsümümü keçirirəm. Futbola böyük sevgim var. Uğurlu çıxışlarımı da buna borcluyam. Fikrimcə, əgər bir işi sevərək edirsənsə, mütləq uğur qazanacaqsan. İşimi çox sevirəm, məşqlərimi ciddi edirəm. Bu da uğur əldə etməyimə kömək olur. Həm millidə, həm də "Zenit"də bunun davamlı olması üçün lazım olan hər şeyi edəcəyəm.

- Gələcək planlarınız nələrdir? Nəzərə alsaq ki, cəmi 23 yaşınız var, daha böyük liqalarda oynamaq istəmirsiniz?
- Əlbəttə ki, daha böyük liqalarda çıxış etmək əla olar. Avropanın aparıcı futbol ölkələrində oynayan Azərbaycanın ilk qadın futbolçusu olmaq istəyərəm.

- Həmin ölkələrdən təklifləriniz var?
- Bəzi klublardan təkliflər almışam. Həmçinin "Zenit" də yeni müqavilə təklif edib. Lakin hələlik düşünürəm. Avropanın güclü klublarından dəvət gəlsə, mütləq dəyərləndirəcəyəm.

- Azərbaycanda qadın futbolunun inkişafını necə qiymətləndirirsiniz?
- Azərbaycanda qadın futbolu yeni inkişaf etməyə başlayıb. Artıq müəyyən uğurlar qazanırıq. Ölkəmiz, bayrağımız üçün vuruşuruq.

- Qadın futbolçulardan ibarət milli komandamız 2026-cı ildə yenidən UEFA Millətlər Liqasında mübarizə aparacaq. Bu dəfə hədəf nə olacaq?
- Gələnilki Millətlər Liqasında mütləq uğurlu cıxış edəcəyik. Qrupumuza hansı komandalar düşəcəksə, mütləq ciddi hazırlaşıb, qalib olmağa calışacağıq. Hədəfimiz Millətlər Liqasında qrup birinciliyi olacaq. Komandamıza güvənirəm, bunu bacaracağıq.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:49

Tyaqo Silva karyerasını bitirdikdən sonra PSJ-ni məşq etdirmək arzusundadır

Futbol
Bu gün, 18:30

"Sabah" "Turan Tovuz"u məğlub edərək Misli Premyer Liqasında lider oldu - YENİLƏNİB + VİDEO

Boks
Bu gün, 18:28

Sübhan Mamedov dünya çempionu oldu

Futbol
Bu gün, 18:27

Zidanın "Real"a qayıdışı: Şayiələr və reallıq

Futbol
Bu gün, 18:27

"Çelsi" Kes Smitlə maraqlanır

Futbol
Bu gün, 18:20

Rüstəm Əhmədzadə "Sumqayıt"ın "İmişli" üzərində qələbəsi və qarşıdakı hədəfləri haqqında danışdı

Futbol
Bu gün, 18:15

Misli Premyer Liqası: "Turan Tovuz" - "Sabah" oyununda hesab dəyişikliyi - CANLI

Futbol
Bu gün, 18:13

"Turan Tovuz" - "Sabah" oyununun nəticəsi

Futbol
Bu gün, 18:12

Misli Premyer Liqası: "Sabah" "Turan Tovuz"u məğlub edib - 0:3

Boks
Bu gün, 18:03

"Core FC" turnirində Azərbaycan MMA döyüşçülərinin qələbələri

Futbol
Bu gün, 18:02

Misli Premyer Liqası: "Sabah" "Turan Tovuz"u məğlub edir - CANLI

Futbol
Bu gün, 18:01

"Sabah" "Turan Tovuz"u məğlub etdi

Futbol
Bu gün, 17:58

"Fənərbaxça" Ceydon Sançonu transfer etmək üçün danışıqlara başlayacaq

Olimpiada
Bu gün, 17:43

Şəmkir Olimpiya Kompleksində oğurluq: Mahir Şirinovdan Açıqlama

Boks
Bu gün, 17:37

Sübhan Məmmədov Dubayda Dünya Çempionatının Qızıl Medalını Qazandı

Futbol
Bu gün, 17:33

Misli Premyer Liqası: "Turan Tovuz" - "Sabah" oyununda hesab açılıb, "Sabah" öndədir

Futbol
Bu gün, 17:24

Ayxan Abbasov: "Şamaxı"nın məqsədi hər oyunda xal qazanmaqdır

Futbol
Bu gün, 17:21

Misli Premyer Liqası: "Turan Tovuz" - "Sabah" - İlk hissənin nəticəsi

Futbol
Bu gün, 17:14

Rəşad Sadıqov "Şamaxı" - "Zirə" oyunundan sonra: "Gərgin oyun oldu"

Futbol
Bu gün, 17:05

Misli Premyer Liqası: "Turan Tovuz" - "Sabah" oyununda hesab açıldı: Mikels "Sabah"ı önə çıxardı

Futbol
Bu gün, 17:04

"Turan Tovuz" - "Sabah" matçı haqqında məlumat

Futbol
Bu gün, 17:00

Qara Qarayevdən Nəriman Axundzadəyə dəstək: "Son illərin ən istedadlı oyunçusu sənsən!"

Futbol
Bu gün, 16:59

"Santos" Neymara yeni müqavilə təklif etdi

Futbol
Bu gün, 16:57

"Milan" qol vura bilməyən hücumçu Niklas Fyullkruqa baxır

Oxşar xəbərlər