top
Neymar, Ronaldo və Hacinin ad günləri qeyd olunur Idman.biz
05 fevral 2026, 11:34
- ↺ +

Neymar, Ronaldo və Hacinin ad günləri qeyd olunur

Dünya futbolunda öz oyun üslubları ilə azarkeşlərin sevgisini qazanmış üç ulduz futbolçunun - Neymar, Kriştianu Ronaldu və Georgi Hacinin doğum günüdür.

İdman.Biz xəbər verir ki, Braziliya millisinin və "Santos" klubunun hücumçusu Neymar da Silva Santos Juniorun bu gün 34 yaşı tamam olur. Driblinqi, sürəti və qeyri-standart qərarları ilə tanınan futbolçu dünya futbolunun ən texnikalı oyunçularından biri kimi qəbul edilir. Neymar karyerası ərzində "Santos", "Barselona", PSJ və "Əl-Hilal" klublarında çıxış edib, çoxsaylı titullar qazanıb.

Neymar Braziliya millisində 128 oyunda meydana çıxıb və 79 qol vuraraq yığmanın tarixində ən məhsuldar futbolçular sırasında yer alıb. Karyerasında isə 619 rəsmi matçda 371 qol vurub və yüzlərlə məhsuldar ötürmə ilə yadda qalıb. Onun əsas arzularından biri xəsarətlərdən uzaq qalaraq 2026-cı il Dünya Çempionatında Braziliya millisinin aparıcı simalarından biri olmaqdır.

Bu gün həm də Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu 41 yaşını qeyd edir. "Real Madrid" klubunun tarixində ən böyük futbolçulardan biri sayılan Ronaldu Madrid təmsilçisində keçirdiyi 9 mövsüm ərzində 438 rəsmi oyunda 450 qol vurub və 131 asistlə komandanın saysız-hesabsız uğurlarında əsas rol oynayıb.

Kriştianu Ronaldu karyerası ərzində "Sportinq", "Mançester Yunayted", "Real Madrid", "Yuventus" və "Əl-Nəsr" klublarında, həmçinin Portuqaliya millisində ümumilikdə 1084 oyun keçirib və 818 qol vurub. Beşqat "Qızıl top" sahibi olan hücumçu rekordlarla zəngin karyerasını davam etdirir və həm Dünya Çempionatı titulunu qazanmağı, həm də 1000 qol həddinə çatmağı əsas hədəflərindən biri kimi saxlayır.

Bu gün həm də "Qalatasaray" azarkeşlərinin unutmadığı, klub tarixinin simvol adlarından biri olan Georgi Hacinin doğum günüdür.

Rumıniya millisinin sabiq kapitanı, dünya futbolunda "Karpat Maradonası" ləqəbi ilə tanınan Hacinin 61 yaşı tamam olur. Texnikası, uzaq məsafədən dəqiq zərbələri və oyun quruculuğu ilə Haci uzun illər Avropa futbolunun ən parlaq yarımmüdafiəçilərindən biri kimi qəbul edilib.

O, klub karyerası ərzində "Styaua", "Real Madrid", "Barselona" və xüsusilə Türkiyənin "Qalatasaray" klubunda çıxışı ilə yadda qalıb. Rumıniyalı futbolçu 1996–2001-ci illərdə "Qalatasaray"ın heyətində 132 rəsmi oyunda 59 qol vurub və klubun tarixində qızıl hərflərlə yazılan uğurların əsas memarlarından biri olub.

Hacinin "Qalatasaray"dakı dövrü klub tarixinin ən parlaq mərhələlərindən sayılır. O, İstanbul təmsilçisi ilə dörd dəfə Türkiyə çempionu olub, iki dəfə Türkiyə kubokunu qazanıb, 2000-ci ildə isə UEFA Kuboku və UEFA Superkuboku başı üzərinə qaldırıb. Xüsusilə "Arsenal"a qarşı UEFA Kubokunun finalında və "Real Madrid"lə UEFA Superkuboku matçında göstərdiyi liderlik hələ də azarkeşlərin yaddaşındadır.

Rumıniya millisində 125 oyunda 35 qol vuran Georgi Haci ölkə futbolunun tarixində ən böyük simalardan biri hesab olunur. O, futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi də fəaliyyət göstərib və Rumıniyada futbol akademiyasının inkişafında mühüm rol oynayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Futbol
Bu gün, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Bu gün, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Bu gün, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Bu gün, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Bu gün, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Oxşar xəbərlər