Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadənin "Erzurumspor"a keçidi rəsmiləşib.
İdman.Biz xəbər verir ki, Türkiyə klubunun "Instaqram" hesabında 23 yaşlı forvardla ilk müsahibə yayımlanıb.
Nəriman Axundzadə Türkiyə ilə Azərbaycanın qardaş ölkələr olduğunu, klubda uyğunlaşma problemi yaşamayacağını və "Erzurunspor"a yeni səhifə açmaq üçün gəldiyini deyib.
Qeyd edək ki, müqavilə ilə ABŞ-nin "Kolambus Kryu" klubuna məxsus olan Axundzadənin "Erzurumspor"a bir mövsümlük icarə əsasında qoşulacağı bildirilirdi.
Xatırladaq ki, N.Axundzadə bu ilin yazında "Qarabağ"dan "Kolambus Kryu"ya transfer olunub. O, ABŞ təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb.