top
Nərgiz Qurbanova U-17 millidəki 10 illik fəaliyyətindən danışdı: Böyük uğurlar olmasa da, vacib qələbələr qazandıq Sport24.az
24 aprel 2026, 13:00
- ↺ +

Nərgiz Qurbanova U-17 millidəki 10 illik fəaliyyətindən danışdı: "Böyük uğurlar olmasa da, vacib qələbələr qazandıq"

17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Nərgiz Qurbanova Report-a müsahibə verib. Sport24.az xəbər verir ki, mütəxəssis komandadan ayrılmasının səbəbləri, yığmadakı 10 illik fəaliyyəti və qadın futbolundakı mövcud problemlər haqqında danışıb.

 

- Uzun müddətdir çalışdığınız millidən ayrılmağınızın səbəbi nə oldu?

- AFFA ilə qarşılıqlı razılıq əsasında fəaliyyətimi dayandırmışam. Başqa bir səbəb yoxdur. Sadəcə, qarşılıqlı razılıq əldə olundu və işimdən ayrıldım.

 

- Yığmada fəaliyyət göstərdiyiniz 10 illik dönəmi necə qiymətləndirirsiniz? Baş məşqçi vəzifəsinə yeni gələndə qarşınıza qoyduğunuz məqsədlərə nə dərəcədə nail oldunuz?

- Bu, çox geniş mövzudur. Milli komandada bu vəzifəyə gətiriləndə peşəmizin çətinliyini dərk edirdim. Qarşıma qoyduğum əsas məqsəd sırf azərbaycanlı qızlardan ibarət heyətlə qələbələr qazanmaq idi. Çünki 10 il öncəyə, hətta daha əvvələ nəzər salsaq, yerli futbolçularla belə nəticələr qazanılmamışdı. Bu, mənim üçün çox əhəmiyyətli idi. Gəlişimdən sonra çox böyük uğurlarımız olmasa da, vacib qələbələrimiz oldu. Məsələn, Moldovanı 4:1 hesabı ilə məğlub etdik. Ötən il A qrupunda yer alan Bolqarıstana, həmçinin Qazaxıstana qalib gəldik. Mən inkişaf turnirlərini və ya yoldaşlıq görüşlərini yox, məhz Avropa çempionatının seçmə mərhələlərini nəzərdə tuturam. 2012-ci ildən bu yana sırf azərbaycanlı futbolçularla qazanılan qələbələr çox az olub.

 

- U-17 millisinin hazırkı durumu və potensialı haqqında nə deyə bilərsiniz? Komandanı müvəqqəti olaraq Xanlar Əliyevə tapşırıblar.

- Xanlar müəllimə uğurlar arzu edirəm, bu barədə başqa sözüm yoxdur. Qızlarımıza gəlincə, nəzərə almalıyıq ki, onların hələ 17 yaşları var və bəziləri təcrübəsizdir. Beynəlxalq oyunlarda təcrübə toplayırlar. İnşallah, bu təcrübə onlara kömək olacaq və gələcəkdə bizi daha yaxşı təmsil edəcəklər.

 

- Azərbaycanın qadın futbolunda əsas problemlər nədən ibarətdir? Kadr çatışmazlığı, yoxsa başqa səbəblər var?

- Belə bir deyim var: "Həyatda ən yaxşı müəllim təcrübədir". Mən bu fikirlə tam razıyam. Azyaşlı qızlarımızda da ən böyük problem təcrübəsizlikdir. Bunun da bir neçə səbəbi var. Əsas problem qızların futbola çox gec başlamasıdır. Həmçinin məktəb problemləri var ki, bu da uşaqların məşqlərdə mütəmadi iştirakına mane olur. Bütün bunlar futbolçunun yetişməsində böyük rol oynayır. Məsələn, sonuncu Avropa çempionatına 2011-ci il təvəllüdlü qızları aparmışdıq. Onların təcrübəsizliyi nəticələrdə də əksini tapdı. Hesab edirəm ki, təcrübəli futbolçu yetişdirmək üçün həm peşəkar məşqçilərə, həm də zamana ehtiyac var.

 

- Karyeranızla bağlı növbəti planlarınız necədir? AFFA-da başqa bir vəzifədə çalışırsınız?

- Hazırda AFFA-da heç bir vəzifədə çalışmıram. 10 ildən çox idi ki, milli komandada fəaliyyət göstərirdim, ondan əvvəl isə klublarda çalışmışdım. Milli komandadakı fəaliyyətimi dayandırsam da, yaxın zamanda məni hər hansı bir klubda məşqçi vəzifəsində görə bilərsiniz.

 

- Qadınlardan ibarət əsas millimizin çıxışı ilə bağlı nə deyə bilərsiniz?

- Hazırda yaxşı qələbələrimiz var. İnşallah, gələcəkdə də bu uğurların davamı gələr.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:31

Devlan Rays: "Harri Kein Qızıl top mükafatına şübhəsiz layiqdir"

Futbol
Bu gün, 04:27

Arda Turan: “İnter”ə 0:1 məğlubiyyətdən sonra daha yaxşı nəticəyə layiq idik

Futbol
Bu gün, 03:17

Rio Ferdinand Manchester United-in Çempionlar Liqası performansını lotereya kimi tənqid etdi

Basketbol
Bu gün, 02:34

“Neftçi”nin basketbol baş məşqçisi: “30 dəqiqə pis oynadıq, amma yalnız beş xal fərqi ilə məğlub olduq”

Futbol
Bu gün, 02:09

“Sabah” UEFA Çempionlar Liqasında pley‑off zonasından kənarda

Futbol
Bu gün, 01:48

Bernardo Silva Real Madrid forması ilə Çempionlar Liqasının ilk qolunu vurar və rekord qırdı

Futbol
Bu gün, 01:29

Harri Keyn Çempionlar Liqasında ardıcıl 10 oyunda qol vuraraq Ronaldun rekorduna yaxınlaşdı

Futbol
Bu gün, 01:12

Fabregas: "Bəzi futbolçularımız üçün Çempionlar Liqasında cəmi üçüncü oyun"

Futbol
Bu gün, 01:10

Real Madrid 4:1 Leipzig, Manchester United 1:4

Digər
Bu gün, 00:51

ABŞ səfirliyi Azərbaycan sumoçusunun tarixi dünya çempionluğu qələbəsini təbrik etdi

Digər
Bu gün, 00:31

Noyer Messi ilə eyni pilləyə yüksəldi - Çempionlar Liqasında tarixi göstərici

Futbol
Bu gün, 00:14

La Liqada “Levante” “Atletik”i 3:1 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 00:05

Fransadakı iğtişaşlar səbəbindən PSJ - "Lion" matcının təxirə salınması nəzərdən keçirilir

Futbol
Dünən, 23:54

Şəki klubunda baş məşqçi Elvin Hacızadənin vəzifəsindən ayrılması

Futbol
Dünən, 23:44

Yunus Akgün Osimhenin Çempionlar Liqası rekordunu qırdı

Futbol
Dünən, 23:30

Fernandeş məğlubiyyətdən sonra taktiki qərarı qiymətləndirdi

Futbol
Dünən, 23:16

Mançester Yunayted Çempionlar Liqasında ilk iki dəqiqədə qol buraxan ilk İngiltərə klubu oldu

Futbol
Dünən, 22:55

Infantino: Bakıdakı U-15 Dünya Çempionatı və FIFA Festivalı Tarixi Mesajdır

Futbol
Dünən, 22:25

Juventus argentinalı müdafiəçi Nikolas Talyafikonu transfer etmək istəyir

Futbol
Dünən, 22:21

Şimali Koreyanın U-17 qadın millisinin hücumçusu dünya çempionatında 10 illik qol rekordunu qırdı

Digər
Dünən, 22:09

“Barselona” “PSJ”dən UEFA-ya şikayət etdi: mişarlı və “qətliam” yazılı pankart qalmaqal yaratdı

Digər
Dünən, 22:01

Plyuşenko Azərbaycana köçməklə bağlı qərarını açıqladı

Digər
Dünən, 21:56

"Fənərbaxça"da ciddi itkilər

Futbol
Dünən, 21:54

Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi

Oxşar xəbərlər