AVRO-2024 öncəsi milli komandalar yoxlama oyunlarında qüvvəsini sınayır. Sport24.az xəbər verir ki, turnirin favoritlərindən Fransa Lüksemburqla qarşılaşıb.
"Üçrənglilər" 3:0 hesabı ilə qələbə qazanıblar. Kilian Mbappe 1 qol və 2 ötürmə ilə hər üç topun vurulmasında iştirak edib.
İspaniya millisi isə cırtdan Andorranı darmadağın edib. 5:0 hesabı ilə qalib gələn ispanların heyətində Mikel Oyarzabal het-triklə yadda qalıb. Slovakiya isə San-Marinonun qapısından 4 cavabsız top keçirib.
Yoldaşlıq oyunları
5 iyun
Slovakiya – San-Marino – 4:0
Danimarka – İsveç – 2:1
Norveç – Kosova – 3:0
Belçika – Monteneqro – 1:0
Fransa – Lüksemburq – 3:0
İspaniya – Andorra – 5:0