top
Neftçinin sabiq futbolçusu: Pünik üzərində indi qələbə qazansaydıq, daha fərqli hisslər keçirərdik Report.az
21 yanvar 2025, 14:40
- ↺ +

"Neftçi"nin sabiq futbolçusu: "Pünik" üzərində indi qələbə qazansaydıq, daha fərqli hisslər keçirərdik"

Bu komanda üzərində indi qələbə qazansaydıq, bəlkə də daha fərqli hisslər keçirərdik.

Bunu "Report"a açıqlamasında "Neftçi"nin sabiq yarımmüdafiəçisi Vidadi Rzayev 20 il öncə Rusiyanın paytaxtı Moskvada keçirilən "Birlik Kuboku"un 1/4 finaında qarşılaşdıqları Ermənistanın "Pünik" klubu ilə matçla bağlı xatirələrini bölüşərkən deyib.

Veteran futbolçu Ermənistan təmsilçisinə qarşı oyundan əvvəl komandaya mükafat söz verildiyini söyləyib:

"Oyundan əvvəl həyəcanlı idik, lakin xüsusi tapşırıq verilməmişdi. Çünki qarşıya yalnız bir məqsəd qoymuşduq - qələbə qazanmaq. Başqa heç nə ola bilməzdi. Sağ olsunlar, yaxşı mükafat söz vermişdilər. Sadəcə, qalib gəlmək lazım idi. Futbol artıq ikinci planda idi, oyuna siyasi cəhətdən də xüsusi yanaşırdılar. Çünki torpaqlarımız ermənilərin işğalı altında idi. Həyəcandan gecə yata bilmirdik, gözümüzə yuxu getmirdi., ancaq səhərki oyunu düşünürdük. Əsəblər pik həddə idi. Çünki onlar da həmin mərhələyə qədər gəlmişdilər və udsaydılar, yarımfinala vəsiqə qazanacaqdılar".

Millinin sabiq üzvü qazandıqları qələbənin şirin olduğunu vurğulayıb:

"Həmin vaxt torpaqlarımızın 20 faizi işğal altında idi və düşmənlə üz-üzə gəlirdik. Buna görə də qələbə şirin gəldi. Şükür ki, 44 günlük Vətən müharibəsində də qalib gəldik. Bu komanda üzərində indi qələbə qazansaydıq, bəlkə daha fərqli hisslər keçirərdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin".

V.Rzayev məğlub olacaqları təqdirdə Rusiyadan birbaşa Gəncəyə qayıtmağı və karyerasını bitirməyi düşündüyünü deyib:

"37 yaşım var idi, karyeramın sonuna yaxınlaşırdım. Təsəvvür edin, karyeramı ermənilərə məğlub olaraq bitirə bilərdim. Təxminən 25 ilə yaxın futbol oynadıqdan sonra yaşıl meydanlarla bu şəkildə vidalaşmaq ölümə bərabər idi, biabırçılıq olardı. Karyeramda qara ləkə kimi qalacaqdı. İnanın, hətta özümə marşrut da cızmışdım. Uduzsaydıq, Bakıya qayıtmayacaqdım, birbaşa Gəncəyə bilet alacaqdım və karyeramı bitirəcəkdim. Bunu uşaqlara da demişdim. Həmin vaxt "Pünik"in 6-7 futbolçusu Ermənistan yığmasında oynayırdı. Pis komanda deyildi. Allah qismət etdi, ikinci qolu mən vurdum. Bundan sonra "Birlik Kuboku"nun marağı qalmadı. "Pünik" ikinci dəfə yenə "Neftçi"yə rəqib olmuşdu. Lakin oynamadılar, turnirdən imtina etdilər və qaçıb getdilər. Bu məğlubiyyətə görə onları çox pis qarşılamışdılar. Təsəvvür edin, biz məğlub olsaydıq, nələr baş verərdi".

Qeyd edək ki, 2005-ci il yanvarın 19-da baş tutan görüş "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:13

Martinez çənəsi yaralanmanın ardından Argentina milli komandasında geri dönə bilər

Futbol
Bu gün, 09:00

Azərbaycan millisi bu gün Lixtenşteynlə üz-üzə gəlir

Futbol
Bu gün, 09:00

Azərbaycana qarşı Lixtenşteynlə UEFA Millətlər Liqası qarşılaşması

Futbol
Bu gün, 08:40

İngilis futbolçuları arasında ən yüksək maaş Ayven Toniya aiddir, Harri Keyn ikinci yerdə

Futbol
Bu gün, 08:20

Mauricio Pochettino Manchester United ilə iki il yarım müddətli müqavilə imzalayacaq

Futbol
Bu gün, 08:08

Virts: Klopp hər oyundan sonra mənə qısa mesajlar göndərir

Qarabağ FK
Bu gün, 08:00

Aleksey Kaşuk: Yarmolenko və Tsiqankovun məclisdə olmaması məni məyus edir, onlar mənim üçün nümunədirlər

Futbol
Bu gün, 07:14

Bellinqem İngiltərə millisində 6 asistlə Sterlinqin rekordunu təkrar etdi

Futbol
Bu gün, 06:13

Komo'nun idman direktoru Real Madridə qayıda biləcək oyunçularla bağlı açıqlama verdi

Futbol
Bu gün, 05:11

Real Madrid Santyaqo Bernabeu stadionunda FIFA nümayəndələri ilə görüş keçirdi

Futbol
Bu gün, 04:11

Manchester United-un Andersona təklifi istehza ilə qarşılandı

Futbol
Bu gün, 04:02

İspaniya millisi Çexiyanı məğlub edərək məğlubiyyətsizlik seriyasını 43 matça çatdırdı

Futbol
Bu gün, 03:12

Sergen Yalçın: “Belçikaya iki məşqlə çıxmağımız yetərli olmadı, daha çox hazırlıq vaxtına ehtiyacımız var”

Olimpiada
Bu gün, 02:03

Abbas Hüseynov Dakar-2026 Yay Olimpiya Oyunlarında qılıncoynatma sabre üzrə mübarizəyə çıxır

Futbol
Bu gün, 01:34

Zədə səbəbindən Azərbaycan millisinə qoşulamayan Lorenzo Mezzotero zal məşqlərinə qatıldı

Futbol
Bu gün, 01:03

Ayxan Abbasov Lorenzo Mezzotero’nun milli komandadakı gələcəyini izah etdi

Futbol
Bu gün, 00:47

Özbəkistan Rusiya ilə 3:2 məğlubiyyət, ‘Sabah’ın futbolçusu son dəqiqədə iştirak etdi

Futbol
Bu gün, 00:22

Messi üçüncü dəfə Lendon Donovan mükafatına namizəd, Qrizmann isə ilk dəfə namizəd

Futbol
Bu gün, 00:03

De Bruyne: "Arda Gülərin oyununa bütün məsuliyyəti verdik"

Digər
Dünən, 23:47

Yaponiyanın Miyadzaki şəhərində 14 noyabrda triatlon Dünya Kuboku mərhələsi baş tutacaq

Şahmat
Dünən, 23:33

Şahmatçılarımız Avropa çempionatında qızıl, gümüş və bürünc medalları qazandı

Futbol
Dünən, 23:26

Andorra qapıçısı Xesus Ovono’nun futbola qayıdışı qərarı özünə bağlıdır

Futbol
Dünən, 23:11

Harri Keyn İngiltərə millisində 36 illik Şilton rekordunu qırmağa hazırlaşır

Basketbol
Dünən, 22:55

İki həftəlik fasilədən sonra əsl gücümüzü göstərəcəyik

Oxşar xəbərlər