Bu gün futbol üzrə Misli Premyer Liqasının yeddinci turu çərçivəsində ikinci qarşılaşma "Palms Sports Arena"da keçiriləcək.
İdman.Biz xəbər verir ki, "Neftçi" "Sabah"ı qəbul edəcək.
Oyun saat 19:30-da başlayacaq. "Neftçi" 15 xalla turnir cədvəlinin lideridir. 15 xala malik "Sabah" isə ikincidir.
Misli Premyer Liqası
Birinci dövrə, Yeddinci tur
9 oktyabr
19:30. "Neftçi" - "Sabah"
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev
VAR: Kamal Umudlu
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
"Palms Sports Arena"
Qeyd edək ki, tura sentyabrın 11-də yekun vurulacaq.