top
Neftçi Karvan-Yevlaxı səfərdə darmadağın etdi (0:3) - YENİLƏNİB + VİDEO Idman.biz
05 may 2026, 17:49
- ↺ +

"Neftçi" "Karvan-Yevlax"ı səfərdə darmadağın etdi (0:3) - YENİLƏNİB + VİDEO

Futbol üzrə Misli Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən "Karvan-Yevlax" - "Neftçi" qarşılaşması qonaq komandanın inamlı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda hesab 31-ci dəqiqədə açılıb.

İmad Faraj fərqlənərək "Neftçi"ni önə çıxarıb - 0:1. Bu hesabla ilk hissə başa çatıb.

İkinci yarıya daha fəal başlayan Bakı təmsilçisi üstünlüyünü artırıb. 50-ci dəqiqədə Emin Mahmudov penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı 0:2 edib. Cəmi 7 dəqiqə sonra isə Freddi Varqas fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib - 0:3.

Beləliklə, "Neftçi" səfərdə inamlı qələbə qazanaraq növbəti üç xalını əldə edib.

17:16

Futbol üzrə Misli Premyer Liqasının 30-cu turunun "Karvan-Yevlax" - "Neftçi" oyununda yenidən hesab dəyişib.

İdman.Biz xəbər verir ki, 57-ci dəqiqədə Freddi Varqas "Neftçi" klubunu hesabda irəli çıxarıb - 0:3.

17:07

Futbol üzrə Misli Premyer Liqasının 30-cu turunun "Karvan-Yevlax" - "Neftçi" oyununda yenidən hesab dəyişib.

İdman.Biz xəbər verir ki, 50-ci dəqiqədə Emin Mahmudov penalti zərbəsini dəqiq yerinə yetirərək "Neftçi"nin hesab fərqini artırıb - 0:2.

17:02

Futbol üzrə Misli Premyer Liqasının 30-cu turunun "Karvan-Yevlax" - "Neftçi" oyununda ikinci hissə start götürüb.

İdman.Biz xəbər verir ki, ilk hissədən sonra "Neftçi" klubu 0:1 hesabı ilə irəlidədir.

16:47

Futbol üzrə Misli Premyer Liqasının 30-cu turunun "Karvan-Yevlax" - "Neftçi" oyununda birinci hissə başa çatıb.

İdman.Biz xəbər verir ki, 31-ci dəqiqədən sonra qarşılaşmada "Neftçi" irəlidədir - 0:1

16:32

Futbol üzrə Misli Premyer Liqasının 30-cu turunun "Karvan-Yevlax" - "Neftçi" oyununda hesab açılıb.

İdman.Biz xəbər verir ki, 31-ci dəqiqədə İmad Faraj "Neftçi" klubunu hesabda irəli çıxarıb - 0:1.

16:00

Bu gün futbol üzrə Misli Premyer Liqasının 30-cu turunun "Karvan-Yevlax" - "Neftçi" oyunu start götürüb.

İdman.Biz xəbər verir ki, oyunu hakim Rauf Cabarov idarə edir.

15:09

"Karvan-Yevlax" Misli Premyer Liqasının 30-cu turunda Yevlax şəhər stadionunda "Neftçi"ni qəbul edir.

İdman.Biz xəbər verir ki, komandalar saat 16:00-da start götürəcək qarşılaşmada meydana aşağıdakı heyətlərlə çıxacaq:

"Karvan-Yevlax": 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 8. Peter Kings 21. İmani Barker
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 18. Süleyman Əhmədov 14. Uğur Cahangirov 17. Samir Abdullayev 77. Əli Abdullayev 37. Mois Nqvisani 10. Samuel Durrant 4. Olavale Doyeni
Baş məşqçi: Füzuli Məmmədov

"Neftçi": 1. Emil Balayev 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas 22. Luis Ortis
Ehtiyat oyunçular: 13. Kenan Piriç 91. Nurəziz Əzizov 4. Elvin Camalov 17. Murad Xaçayev19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov14. Edvin Kuç 24. Mustafa Sek 9. Bassala Sambu 70. Andrey Ştoqrin 23. Cordan Rezabala 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub

09:19

Bu gün futbol üzrə Misli Premyer Liqasının 30-cu turunun oyunu "Karvan-Yevlax"la "Neftçi" arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 16:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Rauf Cabarov idarə edəcək.

"Karvan-Yevlax" 14 xalla turnir cədvəlinin on ikinci pilləsində yer alıb. 47 xala malik "Neftçi" isə beşincidir.

Misli Premyer Liqası
Üçüncü dövrə, 30-cu tur
5 may (çərşənbə axşamı)
16:00. "Karvan-Yevlax" - "Neftçi"

Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Yevlax şəhər stadionu

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 06:13

NBA Avropada basketbol infrastrukturuna 10 milyard avro sərmayə yatırmaqla inkişaf planlaşdırır

Futbol
Bu gün, 04:07

Portuqaliya millisinin 22 yaşlı vingeri Karluş Forbşun PSJ və Arsenal arasında transfer mübarizəsi

Futbol
Bu gün, 03:12

Real Madrid lider, PSJ ikinci, Komo, Barselona və Liverpool ilk beşdə

Futbol
Bu gün, 03:00

Fənərbaxçada Türkiyəli məşqçinin ilk zəfəri – Emre tarixə düşdü

Futbol
Bu gün, 02:51

Aleksey İsayev: "Bu gün ölkəmizə bayram bəxş etdik" – Sabaha Barcelona qarşısında şərh

Futbol
Bu gün, 02:43

Arda Turanın “Fənərbaxça” qarşısında uduzması: “Liderik, amma...”

Futbol
Bu gün, 02:21

Karim Adeyemi: "Sabah" əla oyun nümayiş etdirdi və mübarizəyə köklənmişdi

Futbol
Bu gün, 02:20

Mançester Yunayted 2:2 ilə nəticələndi, Fənərbağça 1:0 qələbə qazandı: Çempionlar Liqası V turu nəticələri

Futbol
Bu gün, 02:04

PSJ və Roma komandaları 2:2 hesabı ilə dəyəndi;

Futbol
Bu gün, 02:03

Çempionlar Liqasında 5-ci tur: "Lill" "Bavariya"nı məğlub etdi, "Fənərbaxça" qalib gəldi;

Futbol
Bu gün, 01:56

Qabriel Jezus: Qələbə ilə üç xal qazandıq

Futbol
Bu gün, 01:56

Fənərbaxça Londonda “Şaxtyor”u məğlub etdi

Futbol
Bu gün, 01:40

Lorenso Mezzotero Sampdoriya üçün Padovaya qarşı 2 qol vurub

Futbol
Bu gün, 01:40

Qavi Bakıda 'Barselona' azarkeşlərini görəndə sevindi

Futbol
Bu gün, 01:40

Dieqo Simeone qış transferində 2‑3 yeni futbolçu istəyir

Futbol
Bu gün, 01:34

Arşavin və Qleb “Sabah”ın “Barselona”ya qolu əsnasında emosional reaksiya verdilər

Futbol
Bu gün, 01:31

Qabriel Jezus: 'Sabah'la oyunda vacib üç xal qazandıq, qol vurduğum üçün xoşbəxtəm"

Futbol
Bu gün, 01:30

Nikolas Pas İngiltərə Premyer Liqasının bir neçə klubu tərəfindən maraqla izlənilir

Futbol
Bu gün, 01:24

Xəyal Əliyev ağır zədədən sonra ilk oyununda fantastik performans göstərdi;

Futbol
Bu gün, 01:20

Dambrauskas: Sabah 1:4 Barselona - Azarkeşlərin əksəriyyəti 'Barselona' üçün gəlmişdi

Futbol
Bu gün, 01:20

Entoni Qordon 'Sabah'a qarşı iki qol vurdu: Azərbaycan gözəl ölkədir, burada olduğum üçün xoşbəxtəm

Futbol
Bu gün, 01:20

Bayern 23 yaşlı Yunus Ebnutalibin transferini nəzərdən keçirir

Futbol
Bu gün, 01:10

Raxmonaliyev Çempionlar Liqasında ən yaddaqalan oyununun "Slaviya Praqa" qarşısında qələbə olaraq bildirdi

Futbol
Bu gün, 01:10

Sabahın "Barselona"ya 1:4 hesabına məğlubiyyət aldığı Çempionlar Liqası matcına Barcelona azarkeşləri axın edib

Oxşar xəbərlər