top
Nadir Nəbiyev: Şəfada səbirli olmaq lazımdır - MÜSAHİBƏ Idman.biz
21 mart 2026, 17:46
- ↺ +

Nadir Nəbiyev: "Şəfa"da səbirli olmaq lazımdır - MÜSAHİBƏ

"Komanda yeni olduğuna görə, təbii ki, çətinliklər olacaq. Sadəcə olaraq, bu işdə səbirli olmaq lazımdır".

Bunu "Şəfa"nın akademiyasının yeni rəhbəri Nadir Nəbiyev sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- "Şəfa"ya təyinatınız necə reallaşdı? Təklif çoxdan gəlmişdi, yoxsa qısa müddətdə reallaşdı hər şey?

- Təklif gəldi, görüşdük və müzakirə etdikdən sonra birlikdə işləməyə qərar verdik.

- Yəqin ki, artıq fəaliyyətə başlamısız. Akademiya işində əsas ideyalarınız, əsas görəcəyiniz işlər nədən ibarət olacaq?

- İlkin olaraq müvafiq kateqoriyaya malik məşqçilər dəvət olunacaq. Ondan sonra tələb olunan digər yaş qrupları üçün seçimlər reallaşdırılacaq. Uşaq futbolunda əsas iş elə bundan sonra başlayır.

- "Turan Tovuz"da yaxşı işlər görmüşdüz. Eynisini və ya daha yaxşısını "Şəfa"da etmək üçün imkan və şərait varmı?

- Komanda yeni olduğuna görə, təbii ki, çətinliklər olacaq. Sadəcə olaraq, bu işdə səbirli olmaq lazımdır. İnanıram ki, müəyyən vaxtdan sonra milli komandalarda "Şəfa" komandasından da futbolçular görə biləcəyik.

- "Şəfa" Premyer Liqaya iddialı klubdur. Amma yəqin ki, klubun daha da böyüməsi və daha ciddi olması üçün bazaya daha çox ehtiyacı olacaq. Ən azından A komandası, aşağı yaş qruplarının daimi məşq edəcəyi baza qurulacaq?

- "Şəfa" Premyer Liqaya vəsiqə qazanarsa, tələblərdən biri də uşaq futbolu olacaq. Onun üçün də ilk növbədə lisenziyalaşdırmanın tələblərini yerinə yetirmək lazımdır. Bundan sonra qeyd etdyiniz məsələlərin mərhələli şəkildə öz həllini tapacağına inanıram.

- "Şəfa"nın əsas komandası Elgiz Kərəmlinin rəhbərliyi altında uğurlu nəticələr qazanır, hazırda I Liqada məğlubiyyətsiz liderdirlər. Bu haqda fikriniz necədir? Kərəmli gənc mütəxəssisdir, onun işi haqda nə düşünürsüz?

- Hazırda dörd komanda çempionluq uğrunda mübarizə aparır. Məqsədə çatmaq üçün sonadək mübarizə aparmaq lazımdır. İnanıram ki, komanda ilk çempionluğunu qazanacaq. Elgiz Kərəmli gənc mütəxəssisdir. Komanda məğlub olmadan çempionluğa dogru gedirsə, burada məşqçilərin də böyük əməyini qeyd etmək lazımdır.

- "Şəfa" vaxtı ilə Azərbaycan kubokunun qalibi olub. Gələcək illərdə bunu yenidən təkrarlamaq mümkündür?

- Vaxtı ilə milli komandanlara ən çox futbolçu "Şəfa" komandasından dəvət olunub. İnanıram ki, nəticə ilə bərabər yenə həmin uğuru qazanacaq.

- Rəhbərlik dəfələrlə müsahibələrində bildirib ki, komandada əcnəbi yer almayacaq. Sizcə, yalnız yerlilərlə gələcəkdə uğur qazanmaq, Premyer Liqada möhkəmlənmək mümkündür?

- Milli çempionatımızda çempion olan elə komandalar var ki, heyətində bir legioner də olmayıb. Etiraf etmək lazımdı ki, bugünkü gündə buna nail olmaq çox çətindir. Hətta mümkünsüzdür, deyə bilərik. İnanaq ki, gələcəkdə bu uğuru təkrarlayan komandalar olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Oxşar xəbərlər