top
Musa Qurbanlı: “Biz “Neftçi”yə və azarkeşlərinə həmişə hörmətlə yanaşmışıq” - MÜSAHİBƏ Idman.biz
27 aprel 2026, 13:15
- ↺ +

Musa Qurbanlı: “Biz “Neftçi”yə və azarkeşlərinə həmişə hörmətlə yanaşmışıq” - MÜSAHİBƏ

"Şükürlər olsun ki, çıxışım belə uğurlu alındı".

Bunu "Qarabağ"ın hücumçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının 29-cu turunda "Neftçi"yə qarşı keçirilən oyundan (5:1) sonra futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Böyük hesablı qələbəni necə şərh edərdiniz?

- Maraqlı oyun alındı. "Neftçi" ilə görüşlərimiz derbidir, həmişə gərgin keçir. Stadionda atmosfer əla idi. Azarkeşlər möhtəşəm idilər. Buna görə də onlara təşəkkür edirəm. Məncə, hamı üçün maraqlı oyun alındı.

- Qollar vurdunuz, məhsuldar ötürmə etdiniz. Çıxışınızı necə dəyərləndirirsiniz?

- Şükürlər olsun ki, çıxışım belə uğurlu alındı. Derbidə qol vurmaq ayrı bir sevinc verir. Bu oyuna çox ciddi, motivasiyalı hazırlaşmışdıq. Mənim üçün də qollar vurmaq, assist etmək, komandaya fayda vermək sevindiricidir. Xüsusən də belə bir oyunda. Lakin dayanmalı deyilik. Qarşıda 4 gündən sonra daha bir oyun var. Həmin matça da ciddi hazırlaşmalıyıq.

- Maraqlıdır ki, 5 il əvvəl də bu stadionda böyük hesablı qələbə qazanmışdınız və siz qol vurmuşdunuz...

- Bu, çox xoşdur. Böyük hesablı qələbə qazandığımız üçün də, fərqləndiyim üçün də şadam. Sevindirici haldır.

- Bu oyuna qədər elə vəziyyət yaranmışdı ki, "Turan Tovuz" sizi hətta ikinci pillədən sıxışdıra da bilərdi. "Neftçi" üzərində qələbədən sonra bu təhlükənin sovuşduğunu demək olar?

- Bəli, turnir cədvəlində "Turan Tovuz"la aramızda xal fərqi azalıb. Bu səbəbdən də "Neftçi" ilə matçda nütləq qələbə qazanmalıydıq. Bunun üçün də əlimizdən gələni etdik. Verilən tapşırıqları bu gün üçün yerinə yetirdik.

- "Neftçi" azarkeşlərinin davranışını necə qiymətləndirirsiniz? Hətta oyundan sonra Emil Balayevə yaxınlaşıb etirazınızı bildirdiniz...

- Bəli, dedim. Emil "Neftçi"nin kapitanlarından biridir. Hamı razılaşar ki, bu, düzgün deyil. Biz həm "Neftçi"yə, həm də komandanın azarkeşlərinə həmişə hörmətlə yanaşmışıq. Hörmətlə də yanaşırıq. Çünki "Neftçi" böyük klubdur. Azərbaycanın ən böyük klublarından biridir. Dediyim kimi, biz hörmətlə yanaşırıq. Hörmətin qarşılığı da hörmət olmalıdır. Bu barədə deyəsi başqa sözüm yoxdur.

- "Sabah" artıq 2 oyundan sonra çempionluğunu rəsmiləşdirə bilər. Bu məqam sizə necə təsir edir?

- Biz çalışırıq öz işimizi görək. Başqa komandaların uğurları, ya uğursuzluqları barədə düşünmürük. Hər oyuna maksimum köklənirik ki, maksimum da nəticə qazanaq. İşimiz budur. Hər matça ciddi yanaşmalıyıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 08:40

Bütün dövrlərin "qızıl top mükafatına namizədlərin siyahısı

Digər
Bu gün, 08:27

İraola “Liverpul”un möhtəşəm dönüşünün sirrini açdı - “Əyləci buraxmalı idik”

Digər
Bu gün, 08:20

"Real" Superliqanın təşkili ilə bağlı 6 İngilis klubundan 80 milyon avro tələb edir

Digər
Bu gün, 08:02

Çempionlar Liqasında Bakıda keçirilən Sabah - Borussiya Dortmund matçını 47 mindən çox azarkeş izlədi

Futbol
Bu gün, 08:00

Ronaldo milli formaya geri dönməyəcək

Digər
Bu gün, 07:34

“Sabah”a iki qol vuran Girassi Bakıdakı oyundan danışdı

Digər
Bu gün, 07:13

Holand yoxdursa, problem də yoxdur - Foden “Mançester Siti”nin yeni qolçusuna çevrilə bilər

Digər
Bu gün, 06:41

Eyden Makkarti: “Borussiya”ya vurduğum qol karyeramda unutmayacağım anlardandır”

Futbol
Bu gün, 06:07

Maykl Karrik istefa barədə spekulyasiyalara cavab verdi: hər şey aydındır

Futbol
Bu gün, 05:48

Coy-Lens Mikels: ‘Dortmund məğlubiyyətindən sonra ‘Vikinq’lə qarşılaşmağa hazırıq’

Futbol
Bu gün, 05:12

Aston Villa yarımmüdafiəçisi Yohan Manzambi “Barselona” və “Bavariya”nin marağında

Futbol
Bu gün, 04:27

Borussiya Dortmund qapıçısı Qregor Kobelin “Sabah”ın təzyiqi barədə açıqlamaları

Futbol
Bu gün, 02:36

Luis Enrike: Barselona üzərində 4:2 hesablı qələbənin açarı PSJ-nin müdafiəsi oldu

Futbol
Bu gün, 02:05

Kvaratsxeliya "Barselona" məcburiyyətində ağır zədələndi: 9 ay müddətində yaxına qala bilər

Futbol
Bu gün, 01:49

“Barselona” UEFA Çempionlar Liqasının üçüncü turunda PSJ-yə 2:4 uduzaraq mövsümdə ilk məğlubiyyətini aldı - Flik rəqibin üstünlüyünü etiraf etdi

Formula 1
Bu gün, 01:35

Williams Marvel ilə əməkdaşlıqda Doctor Dum üslubunda bolid təqdim etdi

Futbol
Bu gün, 01:19

“Sabah” qapıçısı Stanislav Pokatilov UEFA Çempionlar Liqasının üçüncü turunda ən yüksək bal toplayaraq “Borussiya”nın dublini geridə qoydu

Futbol
Bu gün, 01:13

David Raya La Liqada oynamak istədiyini bildirdi

Futbol
Bu gün, 00:52

Sabah – Borussia Dortmund matçında bütün qollar Afrika futbolçuları tərəfindən vuruldu

Futbol
Bu gün, 00:35

Sesk Fabreqas "Mançester Yunayted"in baş məşqçisi olacağı barədə xəbərlərə münasibət bildirməkdən imtina etdi

Futbol
Bu gün, 00:30

Žirasi "Sabah"la Çempionlar Liqası görüşünün ən yaxşı futbolçusu seçildi

Futbol
Bu gün, 00:21

Ronaldu penaltini qaçırdı, Feliks “Əl-Nəsr”ə qələbə qazandırdı

Futbol
Bu gün, 00:03

Dani Olmo, PSG qarşılaşmasında yaralandı

Futbol
Dünən, 23:50

Bundesliqada “Sabah” və “Borussiya Dortmund” matçı 2-1 nəticə ilə sona çatdı, Azərbaycan klubu müqavimət göstərdi

Oxşar xəbərlər