Murad Məmmədov və Eşqin Əhmədov Azərbaycan millisinin Andorra ilə keçirdiyi yoldaşlıq görüşündə debüt ediblər. Sport24.az xəbər verir ki, hər iki futbolçu daha əvvəl Azərbaycanın U-21 yığmasının formasını geyinib.
Qeyd edək ki, Murad Məmmədov Kiprin "Pafos", Eşqin Əhmədov isə "Qəbələ" klubunda çıxış edir.