Misli Premyer Liqasının XII turunda "Karvan-Yevlax" - "Kəpəz"lə görüşdə hesabı bərabərləşdirib.
İdman.Biz xəbər verir ki, qolu 31-ci dəqiqədə "Karvan-Yevlax"ın futbolçusu Araz Abdullayev vurub.
14:18
Bu gün Misli Premyer Liqasının XII turunda "Karvan-Yevlax" - "Kəpəz" oyununda hesab açılıb.
İdman.Biz xəbər verir ki, 14-cü dəqiqədə Luis Paçu "Kəpəz" klubunu hesabda irəli çıxarıb.
14:00
Bu gün Misli Premyer Liqasının XII turunun "Karvan-Yevlax" - "Kəpəz" oyunu start götürüb.
İdman.Biz xəbər verir ki, oyunu hakim Kamran İbrahimov idarə edir.
12:57
Bu gün Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək ilk oyunda qarşılaşacaq "Karvan-Yevlax" və "Kəpəz" komandalarının start heyətləri açıqlanıb.
İdman.Biz xəbər verir ki, qarşılaşma Yevlaxda saat 14:00-da start götürəcək.
Komandaların heyətləri:
"Karvan-Yevlax": 1. Kamran İbrahimov, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə, 6. Vadim Abdullayev, 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 2. Şakil Sno, 11. Kayl Spens, 19. Tompson Qavi, 8. Peter Kings, 21. İmani Barker.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 37. Mois Nqvisani, 3. Said İranxan, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Baş məşqçi: Azər Həşimov.
"Kəpəz": 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 10. Ryonosuke Ohori, 6. Pedro Qomeş.
Ehtiyat oyunçular: 1. Kaçper Rosa, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 14. Adama Fofana, 55. Kresus Donqo, 38. Cefferson Bentu.
Baş məşqçi: Azər Bağırov.
09:08
Bu gün Misli Premyer Liqasının XII turunun oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, tura Yevlaxda start veriləcək.
İlk oyunda "Karvan-Yevlax" "Kəpəz"i qəbul edəcək. "Karvan-Yevlax" klubu 5 xalla 11-ci, Gəncə təmsilçisi isə 3 xalla sonuncu pillədə qərarlaşıb.
Misli Premyer Liqası
II dövrə, XII tur
21 noyabr
14:00. "Karvan-Yevlax" - "Kəpəz"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Rəşad Əhmədov.
AVAR: Namik Hüseynov. Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Yevlax şəhər stadionu
Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq.