Misli Premyer Liqasının XII turunun "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda hesab açılıb.
İdman.Biz xəbər verir ki, 21-ci dəqiqədə Ba-Muaka Simakala "Araz-Naxçıvan" klubunu hesabda irəli çıxarıb - 0:1.
15:00
Misli Premyer Liqasının XII turunun "Araz-Naxçıvan" - "Turan Tovuz" oyunu start götürüb.
İdman.Biz xəbər verir ki, oyunu hakim Rəvan Həmzəzadə idarə edir.
14:07
"Araz-Naxçıvan" Misli Premyer Liqasının XII turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Turan Tovuz"u qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 15:00-da start götürəcək oyunda meydana aşağıdakı heyətlərlə çıxacaq:
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Urfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 16. Ramon Maçado, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 33. Elmir Cəfərov, 77. Bruno Franko, 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev
"Turan Tovuz": 1. Oleq Baklov, 29. Filip Ozobiç, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə
Baş məşqçi: Kurban Berdiyev
09:10
Bu gün Misli Premyer Liqasının XII turunun növbəti oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, turun ikinci oyun günündə "Araz-Naxçıvan" "Turan Tovuz"la üz-üzə gələcək.
Qarşılaşma saat 15:00-da start götürəcək. Tovuz klubu 22 xalla ikinci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi 19 xalla altıncı sıradadır.
Misli Premyer Liqası
II dövrə, XII tur
22 noyabr
15:00. "Araz-Naxçıvan" - "Turan Tovuz"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. Ötən gün "Kəpəz" səfərdə "Karvan-Yevlax"ı (2:1), "Qarabağ"ı isə "Sumqayıt"ı (4:2) məğlub edib.