top
Mingəçevirin baş məşqçisi: Yaxın gələcəkdə böyük planlar həyata keçiriləcək - MÜSAHİBƏ Report.az
16 yanvar 2025, 16:45
- ↺ +

"Mingəçevir"in baş məşqçisi: "Yaxın gələcəkdə böyük planlar həyata keçiriləcək" - MÜSAHİBƏ

Azərbaycan I Liqasında mübarizə aparan "Mingəçevir" klubunun yeni baş məşqçisi Füzuli Məmmədov "Report"a müsahibə verib. O, komandanın yeni tərəfdaşı ASTA-nın kluba verə biləcəyi töhfələrdən və gələcək planlardan danışıb. Mütəxəssis "Mingəçevir"in yaxın gələcəkdə Azərbaycan futboluna böyük faydalar verəcəyini söyləyib.

Füzuli müəllim, yeni təyinatınızla bağlı nə deyə bilərsiniz?

- Komandaya yeni təyin olunmuşam. Gələcək vəd edən kluba məni dəvət etdiklərinə görə çox şadam. İlkin təəssuratlarım müsbətdir. Hər kəsin bizə qarşı münasibəti çox xoşdur. Azarkeşlər bizi dəstəkləyir. İnanın, 200-ə yaxın azarkeş tribunalarda məşqi izləyir. Bu vəziyyətdən çox böyük motivasiya alırıq. Onlar futbolçulara inanırlar, komandaya güvənirlər. Artıq ümidləri böyükdür ki, doğma komandaları iddialılar sırasında yer alacaq. Onların inamı bizi çox həyəcanlandırır. Şərait yaxşı səviyyədədir və bundan da yaxşı olacaq. Futbolçular da razılıqlarını bildirirlər.

- Konkret olaraq sizi "Mingəçevir"ə dəvət edən şəxs kim oldu?

- Komandanın yeni sponsoru ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatovla danışıqlar apardıq. Təşəkkür edirəm ki, rəhbərlik mənə etimad göstərdi. O, mənə qarşıdakı planlardan, uzunmüddətli strategiyalarından danışdı. Hədəflərini, planlarını və nə istədiklərini söylədilər. Mənim də bəzi şərtlərim oldu və istəklərimiz bir-birini tamamladı. Qarşılıqlı razılıq əsasında bu kluba gəldim.

- Rəhbərliklə ilkin danışıqlar zamanı hansı məsələləri müzakirə etdiniz?

- Rəhbərliyin ilkin planı "Mingəçevir"i I Liqada saxlamaqdır. Bilirsiniz ki, turnir cədvəlində sonuncu sırada qərarlaşmışıq. Qarşıdakı mövsüm heyəti daha da gücləndirib, Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparmaq istəyirik. Təbii ki, bütün bunlar bir az zaman alan prosesdir. Amma rəhbərlik bizə, biz də rəhbərliyə güvənirik. Planlarımız çoxdur. İstəyirik ki, qarşıdakı illərdə Premyer Liqada mübarizə apara bilən, əsasən gənclərdən təşkil olunmuş, döyüşkən kollektiv yaradaq. Həmin futbolçular əsas çempionatda "Mingəçevir"i təmsil etsinlər, yetişsinlər və zamanı çatanda da Avropaya yollansınlar. Azərbaycan futboluna bu cür fayda verə biləcək işlər görmək istəyirik. İnşallah, vaxtı çatar, Premyer Liqada da yuxarı pillələr uğrunda mübarizə apararıq.

- Hazırda komanda Mingəçevir şəhər stadionunda təlim-məşq toplanışı keçir və arenanın ot örtüyünün durumu ürəkaçan deyil. Örtüyün dəyişdirilməsi ilə bağlı yaxın zamanda işlərə başlanılacaq?

- Açığı, mənim əsas işim komandanı çempionata kökləməkdir. Bu barədə bir söz deyə bilmərəm. Ancaq hər birimizə bəllidir ki, bütün çatışmazlıqlar aradan qaldırılacaq. İnfrastrukturla bağlı problem qalmayacaq. Dünən ASTA ilə "Mingəçevir" klubu arasında tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimində rəhbərliyimiz çox gözəl nitqlə çıxış etdi. Bildirdi ki, müəyyən vaxt ərzində bütün çatışmazlıqlar aradan qaldırılacaq. Bundan başqa, uşaq futboluna da xüsusi diqqət ayrılacaq. Yaxın gələcəkdə böyük planlar həyata keçiriləcək. Bütün bu işlər bir futbol mütəxəssisi kimi mənə çox xoş gəlir.

- Komandaya yeni sponsorun cəlb olunması futbolçulara nə dərəcədə müsbət təsir göstərib? Məşqlər zamanı onlar özlərini daha yaxşı tərəfdən göstərmək üçün çox çalışırlar?

- Çox gözəl mövzuya toxundunuz. Bu gün artıq bir məşq keçmişik. İnanın, futbolçular çox həvəslidirlər və özlərini ən yaxşı şəkildə təsdiq etməyə çalışırlar. Çünki şərait olan yerdə hər kəs oynamaq istəyir. Baxmayaraq ki, futbolçularda çatışmayan cəhətlər çoxdur. İstər fiziki, istərsə də taktiki-texniki hazırlıqları qənaətbəxş deyil. Bunun yeganə yolu dayanmadan və israrla öz üzərlərində işləməkdir. Bu onlar üçün şansdır. Onlar indi böyük planları və strategiyası olan klubun bir parçası ola bilərlər. Biz məşqçilər isə ədaləti qoruyub, layiq olanları üzə çıxarmalıyıq.

- Klub rəhbərliyi tərəfindən yeni transferlər üçün lazımi büdcə ayrılacaq?

- Artıq heyətimizə yeni futbolçular cəlb etməyə başlamışıq. Komandanı gücləndirmək, turnir cədvəlində sonuncu sıradan qurtulmaq üçün çalışırıq. Klub rəhbərliyi idmana yaxın insanlardır. Onlar da çox gözəl bilirlər ki, komandanı hazırkı vəziyyətdən çıxarmaq üçün bir neçə transfer etmək şərtdir. Bir neçə futbolçunun keçidi də gündəmdədir. Yaxın zamanda ictimaiyyətə açıqlanacaq.

- Son dövrlərdə Azərbaycan I Liqasına əcnəbi futbolçuların axını başlayıb. "Mingəçevir"də də legioner oyunçuların transferi gündəmdədir?

- Bəli, əcnəbi futbolçular da transfer etmək istəyirik. Sadəcə, bizdən asılı olmayan səbəblər var. Bəzən pul hər şeyi həll etmir. Oyunçuya müəyyən məbləğ təklif edə bilərsən, ancaq o, razılaşmaya bilər. Komandanın turnir cədvəlindəki hazırkı vəziyyəti və ya Mingəçevirdə məskunlaşması bəzi futbolçulara xoş olmaya bilər.

- Rafael Bunyatov "Report"a müsahibəsində baş məşqçi Füzuli Məmmədova güvəndiklərini və əcnəbi mütəxəssisə ehtiyac olmadığını bildirib. Əcnəbi məşqçi gələcəyi təqdirdə isə yalnız sizin köməkçiniz ola biləcəyini vurğulayıb. Bu fikir barədə nə deyə bilərsiniz?

- Təbii ki, xoş ifadələrdir. Bu cür etimadı doğrultmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Rafael müəllim idmana aidiyyəti olan şəxsdir. O da mövcud duruma baxır, məşqləri izləyir və bilir ki, gedişat yaxşı olacaq. Təbii ki, onun ictimaiyyət qarşısında bu fikirləri səsləndirməsi bizi həyəcanlandırmaya bilməz. Biz də öz növbəmizdə işimizə daha məsuliyyətlə yanaşırıq və motivasiyamız yüksəkdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 20:23

AZERRAIL, Azərbaycan Super Liqasında Murov Az Terminalı 3:0 məğlub etdi

Futbol
Bu gün, 20:12

Globe Soccer Awards-da 2026-cı ilin ən yaxşı yarımmüdafiəçisinə 14 namizəd açıqlandı

Qarabağ FK
Bu gün, 20:05

"Qarabağ"ın əvəzediciləri Qazaxıstanın "Aksay" klubuna 3:0 hesabı ilə məğlub oldu

Formula 1
Bu gün, 19:58

Karlos Sayns: Bakı Qran-prisindəki podiumum "Williams" dövründə ən çox sevindiyim nəticədir

Futbol
Bu gün, 19:58

İsa Süleyman iştirakı ilə Pakistan millisi SAFF Çempionatında Hindistana 1:2 hesabı ilə məğlub oldu

Futbol
Bu gün, 19:49

Manchester United, 16 yaşlı hücumçu Cey-Cey Qabrielin ayrılığına görə FIFA-ya şikayət etməyi planlaşdırır

Futbol
Bu gün, 19:44

Barselona, Qış Transferində Müdafiəni Gücləndirməyi Planlaşdırır

Basketbol
Bu gün, 19:29

İslandiya basketbolçusu Telma Aqustsdottir 41 xal toplayaraq 30 illik rekordunu qırdı

Futbol
Bu gün, 19:28

Fənərbaxça Mert Mülder və İrfan Canla 3 illik müqavilə təklif edir

Futbol
Bu gün, 19:16

Skalononun gənc futbolçulara mesajı: ‘Messi də bu prinsipi qəbul edib’

Futbol
Bu gün, 19:01

Manchester United 16 yaşlı Cey Cey Qabrielin Real Madriddə mümkün transferi üçün hüquqi mübarizə hazırdır

Futbol
Bu gün, 18:39

Azərbaycan milli komandası AVRO-2028-in seçmə mərhələsində beşinci səbətdə yer aldığından beş komandadan ibarət qrupa düşəcək

Futbol
Bu gün, 18:30

İspan məşqçisi Xosep Qvardiola Səudiyyə təkliflərini rədd etdi

Digər
Bu gün, 18:26

Azərbaycan Karate Federasiyasının milli komandası Çində Dünya Kubokuna qatılır

Boks
Bu gün, 18:14

Azərbaycan boksçuları U-23 Avropa çempionatının 1/4 finalına çıxdı, biri 5:0 qalib, digəri döyüşmədən irəlilədi

Qarabağ FK
Bu gün, 18:08

"Xankəndi"nin qapıçısı Elməddin Məmmədov tarixi oyundan, rəqibin gücündən və komandanın hədəfindən danışdı

Futbol
Bu gün, 18:00

Hava limanında məhdudiyyətlər səbəbindən Rusiya yığmasının üzvləri Krasnodarda qalıb

Digər
Bu gün, 17:52

18 uşu-sandaçımız Balkan çempionatında final mərhələsinə yüksəldi

Futbol
Bu gün, 17:48

II Liqanın XII və XIII turun oyun cədvəli məlumdur

Futbol
Bu gün, 17:40

Oyun dayandı: Bosniyalılar rumıniyalıları 'qaraçılar' adlandırdılar

Futbol
Bu gün, 17:37

Rusiya AVRO-2028 seçmə mərhələsinin püşkatma mərasimində iştirak etmir: FIFA reytinqində yeni mövqe

Futbol
Bu gün, 17:32

Arsenal müdafiəsi Yurrien Timber müqaviləsini 2031-ci ilə uzadı

Formula 1
Bu gün, 17:22

“Maklaren” Las‑Veqas Qran‑prisinə yenilənmiş aerodinamik döşəmə ilə qatılacaq

Futbol
Bu gün, 17:20

PSV Belçikalı Kevin De Brayneni transfer etmək üçün "Napoli"yə 2 milyon avro təklif edib

Oxşar xəbərlər