Kolumbiyanın "Milyonarios" klubunun futbolçusu Santyaqo Kastrilyon vəfat edib. Sport24az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi martın 22-də oyun zamanı huşunu itirib.
Dərhal xəstəxanaya çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Santyaqo "Milyonarios" klubunun akademiyasının ən istedadlı futbolçularından hesab edilirdi. O, 18 yaşında əsas komandaya qədər yüksəlməyi bacarmışdı.