Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda minifutbol üzrə Avropa çempionatı davam edir. Sport24.az xəbər verir ki, bu gün qrup mərhələsinin ilk oyununda Azərbaycan millisi Belçika yığması ilə qarşılaşıb.
Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv rəqibinə 3:0 hesabı ilə qalib gəlib.
Azərbaycan – Belçika 3:0
Qollar: Vüsal İsayev 25+1, 35; Samir Həmzəyev 39.
Qeyd edək ki, milli növbəti görüşlərini İtaliya (3 iyun) və Fransa (4 iyun) yığmalarına qarşı keçirəcək.