top
Millət vəkili: “Kəpəz” yuxarı pillələr uğrunda mübarizə aparacaq” İdman.biz
04 may 2024, 13:08
- ↺ +

Millət vəkili: “Kəpəz” yuxarı pillələr uğrunda mübarizə aparacaq”

"Komandanın gərgin mübarizənin fonunda Premyer Liqada qalmağı təmin etməsi təbii ki, bizim hamımızı sevindirdi. İndi turnir cədvəlində daha yuxarı pilləni tutmaq üçün yaxşı imkan da var".

İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in İdarə Heyətinin üzvü Müşfiq Cəfərov deyib.

Gəncə klubunun mətbuat xidmətinə açıqlama verən millət vəkili komandanın Premyer Liqada yerini qorumasına münasibət bildirib: "Hər kəs üzərinə düşən işi gördü və nəticəsi də oldu. Təbii ki, əsas əziyyəti komanda üzvləri çəkdilər. Baş məşqçi Adil Şükürov və komandasına gördükləri keyfiyyətli işə görə minnətdarıq. Onları tək qoymayan azarkeşləri də unutmaq olmaz. Məğlub olanda da dəstək verməklə ruh yüksəkliyi yaratdılar. Bu yerdə klub rəhbərliyinə də "sağ ol" düşür. Komandaya lazım olan bütün dəstəyi verdilər. "Kəpəz"in elitada qalması üçün dayanmadan çalışdılar".

Cəfərov "Kəpəz"ə sponsor tapılacağına ümid etdiyini gizlətməyib: "Bilirsiz ki, sponsor olmadan mübarizə aparmaq çətindir. İnanıram ki, klubun elitada qalması, öz mövqeyini qoruyub saxlaması və növbəti mövsümdə iştirakı "Kəpəz" üçün yeni imkanlar yaradacaq. Xüsusilə də sponsor baxımından. Ümid edirəm ki, bu məsələ öz müsbət həllini tapacaq və komanda növbəti çempionatda daha yuxarı pillələr uğrunda mübarizə aparacaq. Qazandığı qələbələrlə gəncəli futbolsevərləri daha çox sevindirəcək".

O, stadion probleminin həllinin sponsor tapılmasına kömək olacağı qənaətindədir: "Gəncədə futbolun inkişafı üçün müvafiq işlər görülür. Məşq meydançaları salınıb, yeni baza istifadəyə verilib. Prezident İlham Əliyevin təməlini qoyduğu stadion artıq tikilməkdədir. Bunlar hamısı "Kəpəz"in gələcəyi üçün qoyulan yatırımdır. Arenanın yenilənməsi klubun ən böyük problemi olan sponsor məsələsinin həllinə kömək etməlidir".

Qeyd edək ki, "Kəpəz" Premyer Liqanın XXXII turunda səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub etdikdən sonra elitada yerini qoruyub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:00

Mircavadov: Klublar yerli futbolçulara şans verməlidir

Futbol
Bu gün, 13:40

Harry Kane: "Arsenal" akademiyası məni göndərsə də, onların yanıldığını göstərdim

Olimpiada
Bu gün, 13:35

Dakardakı Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanı boksçu Gülər Hüseynova və taekvondoçu Adil Kazımlı təmsil edəcək

Qarabağ FK
Bu gün, 13:32

Mustafa Sek ‘Neftçi’de 20 dəqiqə oynadıqdan sonra komandadan ayrılmayacaq – KLUBDAN İDMAN.BİZ-Ə AÇIQLAMA

Futbol
Bu gün, 13:27

Difai məşqçisinin qırmızı kartı 1000 manat cəriməyə səbəb oldu

Futbol
Bu gün, 13:20

Cim Retkliffinin xərcləri azaltma tədbirləri "Mançester Yunayted" veteranlarının narazılığına səbəb olub

Futbol
Bu gün, 13:19

Mançester Yunayted Brentforddan Kollinzi və Fulhamdan Bassini almağa və başqa

Futbol
Bu gün, 13:16

Levandovskinin Skorupskinin çağırılmaması barədə iddiaları rədd etməsi və Koxalskinin Polşa millisinə davət edilməsi

Futbol
Bu gün, 13:01

Özbəkistan nümayəndə heyəti DÇ-2027 öncəsi “Neftçi”nin akademiyasında olub

Qarabağ FK
Bu gün, 13:00

Ramin Musayev: "Dambrauskasin bu qədər güclü mütəxəssis olduğunu gözləmirdim"

Güləş
Bu gün, 12:48

Mikayıl Cabbarov dünya çempionatı və gənclər Olimpiya oyunları uğur qazanan güləşçilərlə görüşdü

Voleybol
Bu gün, 12:43

"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: CEV Çelenc Kubokundakı qələbə bizi arxayınlaşdırmamalıdır;

Futbol
Bu gün, 12:40

Mənbə: Manuel Noyerin karyerası bu mövsümün sonunda başa çata bilər

Futbol
Bu gün, 12:39

AFFA İntizam Komitəsi: İki İcraçıyı Hakimə Təhqir üçün Cəzalandırdı

Futbol
Bu gün, 12:33

Vaqif Sadıqov U-17 yığmasının Almaniyanı 0:7 hesabıyla uduzmasının səbəblərini izah etdi

Futbol
Bu gün, 12:21

«Zirə»nin milli fasilədən sonra «İmişli»yə qarşı ilk matçı noyabrın 20-də olacaq

Futbol
Bu gün, 12:20

Manchester United futbolçuları təyyarədə münaqişədə düşdülər

Futbol
Bu gün, 12:10

Zidane: Mbappe zədə səbəbindən Fransa millisinin İtaliya ilə oyununu buraxacaq

Digər
Bu gün, 12:09

Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Qarabağ FK
Bu gün, 11:58

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

Cüdo
Bu gün, 11:44

Bakıda region cüdoçularının təlim‑məşq toplanışı başladı

Gimnastika
Bu gün, 11:31

Azərbaycan gimnastları 32-ci Dünya Yaş Qrupları yarışı finalına çatdı

Voleybol
Bu gün, 11:28

Sportinq, Xilasediciyə məğlub olaraq Portuqaliyada məyusluqla qarşılandı

Oxşar xəbərlər