"Milan" Rafael Leaonun müqaviləsini uzatmaq istəyir.
İdman.Biz bildirir ki, portuqaliyalı cinah oyunçusunun "rossoneri" ilə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.
"La Gazzetta dello Sport" qəzetinin məlumatına görə, klub müqaviləni 2030-cu ilə qədər uzatmaq niyyətindədir. "Milan" artıq oyunçunun ailəsi, agentləri və vəkilləri ilə əlaqə saxlayıb. Tezliklə əlavə əlaqələrin olacağı gözlənilir.
Leao hazırda mövsümdə təxminən 5,5 milyon avro qazanır. Yeni müqavilə imzalasa, maaşının artacağı ehtimal olunur.
Bu mövsüm Rafael A Seriyasında 20 oyun keçirib, doqquz qol vurub və iki məhsuldar ötürmə edib.