top
Mendilibardan qeyri-adi göstəricilər - HESABAT İdman.biz
30 may 2024, 11:22
- ↺ +

Mendilibardan qeyri-adi göstəricilər - HESABAT

Konfrans Liqasının final oyunu statistik məqamlarla zəngin olub.

İdman.biz xəbər verir ki, İFFHS "Olimpiakos" – "Fiorentina" matçının (1:0) rekordları və əlamətdar göstəriciləri ilə bağlı hesabat hazırlayıb.

İlk dəfə avrokubokun qalibi Yunanıstan klubu olub.

Tarixdə ikinci dəfə finalda Yunanıstan klubu oynayıb. 1971-ci ildə Çempionlar kubokunda "Panatinaikos" "Ayaks"a uduzub – 0:2.

İspaniyalı Xose Luis Mendilibar ardıcıl iki mövsüm avrokubok qazanan, bunu fərqli klublarda reallaşdıran ikinci baş məşqçidir. O, ötən il "Sevilya" ilə Avropa Liqasının qalibi olub.

Mendilibara qədər buna digər ispaniyalı Rafael Benites imza atıb. 2004-cü ildə "Valensiya" ilə UEFA kuboku qazanan mütəxəssis növbəti il "Liverpul"la Çempionlar Liqasında sevinib.

Mendilibar hər iki mövsümdə triumfdan az əvvəl bu posta təyin olunub. O, "Sevilya"ya 2023-cü ilin martında, "Olimpiakos"a 2024-cü ilin fevralında gəlib.

Mendilibar 2022/23 mövsümündə "Sevilya"nın, 2023/24 mövsümündə "Olimpiakos"un 3-cü baş məşqçisi olub.

63 yaşlı mütəxəssis ötən il Avropa Liqası, bu il Konfrans Liqası tarixinə ən yaşlı qalib baş məşqçi kimi düşüb.

115 dəqiqə 16-cı saniyədə fərqlənən Ayub El kaabi avrokuboklar tarixinə ikinci ən gec qələbə qolunun müəllifi kimi düşüb. Dieqo Forlan 2010-cu ildə Avropa Liqasının "Fulhem"lə finalında 115 dəqiqə 36-cı saniyədə qələbə qoluna imza atıb.

Mövsümdə 16 qol vuran Ayub avrokuboklar tarixində yalnız üç oyunçudan geri qalır. Radamel Falkao 2010/11 mövsümündə 18, Srefan Qivarş 1997/98, Kriştiano Ronaldo 2013/14 mövsümündə hərəyə 17 dəfə rəqib qapılarına yol tapıblar.

El Kaabi 1970/71 mövsümündə "Panatinaikos"da 10 qol vuran Antonis Antonidisdən 6 top qabaqlayaraq avrokuboklarda Yunanıstan klublarının rekordçusu olub.

30 yaşlı mərakeşli mövsümün pley-off mərhələlərində - qrupdan sonra 11 qol vurmaqla avrokuboklar tarixinin rekorduna imza atıb. Radamel Falkao 2010/11, Kriştiano Ronaldo 2016/17, Kərim Benzema 2021/22 mövsümündə 10 dəfə fərqləniblər.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Oxşar xəbərlər